ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - Əhvalınız tez-tez dəyişəcək. Xırda işə sevinməyinizin və ya heç bir səbəb olmadan qəmlənməyinizin niyə baş verdiyini özünüz də anlamırsınız. Ən sadə işlərə diqqəti yönəltmək asan deyil. Fəqət pərişan və bədbin olmayın. Buğa - Yaşamınızı çətinləşdirməyin. Önəmli işləri daha münasib zamana qədər təxirə salın. Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Əkizlər - Təşkilati məsələlərin həllini etibar etdiyiniz insana həvalə edin. Dostlar və sevdiyiniz insan sizi dəstəkləməyə çalışırlar. Lakin onlar qəflətən xətrinizə dəyə bilərlər. Xərçəng - İstəklərin yerinə yetirilməsi çətin olsa da, sərt cavab verməyin. Qəfil gəlişlər xoş ola bilər. Qonaqları sevindirin. Şir - Romantik münasibətlər sizi uzun müddət sevindirə bilər. Yaxınlarınızla yanaşı, yaxşı tanımadığınız şəxslər də sizə yardım üçün müraciət edirlər. Qız - Sadə məsələlərlə yanaşı, mürəkkəb problemlərin həlli üçün münasib gündür. Gəlir, sərfəli anlaşma və uğurlu alış-veriş istisna deyil. İstənilən görüş pis keçməyəcək. Dostlarla yanaşı, müttəfiq tapmaq olar. Tərəzi - Anlaşma və müqavilələr, alış-veriş üçün vaxt ayıra bilərsiniz. Kommersiya fəaliyyəti üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil. Əqrəb - Yaxın ətrafınızdakı insanlar fikirlərinizi bölüşməsələr də, münaqişəyə başlamayın. Yaşlılarla təmaslarda həssas olun, onlara yardım edin. Oxatan - Uğurlu gündür. Zərurət yaranarsa, maraqlarınızı asanlıqla müdafiə edə bilərsiniz. Məntiqi arqumentlərin sayəsində mübahisədə qarşı tərəfi üstələyin. Oğlaq - Yeni maraq arayın. Həmfikirlə yanaşı, dost olacaq insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında başlanması ehtimal olunan romantik münasibətlər perspektivli deyil. Dolça - Yaxın ətrafınızdakı insanlara yardım edəndə cavabında mükafat gözləməyin. Buna rəğmən, "sağ ol" eşitmək pis olmazdı. Günün ikinci yarısında yaradıcılıq potensialı yüksəkdir. Yaşamınızı daha aktiv və maraqlı edin. Balıqlar - kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın. İstənilən uğursuzluqları ürəyinizə salmayın. Güzəştlərə getməyə çalışsanız da, sizi başqalarının istəklərini anlamaq istəməyən eqoist hesab edirlər.(milli.az)
Günün qoroskopu: kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın



Günün qoroskopu: Ünsiyyət üçün uğursuz gündür
Günün qoroskopu: sevdiyiniz insanla dil tapmaq asan deyil
Günün qoroskopu: intuisiyanıza güvənin
Günün qoroskopu: bacarıq və məziyyətləriniz danışıqlar prosesinə təsir edə bilər
Günün qoroskopu: bütün çətinliklər və anlaşılmazlıqlara rəğmən əhvalınızı pozmayın
Günün qoroskopu: İstəsəniz, əhvalınızı yaxşılaşdıra bilərsiniz
Günün qoroskopu: Qəfil gəlirlər, hədiyyələr və sürprizlər istisna deyil
Günün qoroskopu: yaxın ətrafınızdakı insanlarla münasibətləriniz asan və rəvan olmayacaq
Günün qoroskopu: Əhvalınız yaxşılaşa bilər
Günün qoroskopu: Romantik hisslərə qapılmayın
Günün qoroskopu: Kiçik problemlər yaşana bilər
Günün qoroskopu: Qəfil sürprizlər istisna deyil
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 