ONN media bu günün qoroskopunu təqdim edir.
Qoç - çətinliklərə və yaranan problemlərə rəğmən gün uğurlu alınacaq. Maliyyə məsələlərində irəliləyişlər olacaq. Sərfəli anlaşmalar və gəlirlər istisna deyil. Alış-veriş pis olmayacaq. Zövqünüzə güvənin.
Buğa - nüfuzlu insanlarla görüş pis alınmayacaq. Çox iş görə biləcək insanın dəstəyini ala bilərsiniz. Şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın. Axşam saatlarında ailəvi istirahəti seçin.
Əkizlər - səbrli, təmkinli olun. Yalnız belə olarsa, yaxın ətrafınızdakı insanlarla münaqişənin yaranmasının qarşısını almaq olar. Sizi təxribata çəkəcək, sınayacaqlar.
Xərçəng - xoşagəlməz xatirələr əhvalınızı korlayacaq. Ötənlərdə yaxşı davranmadığınız anlarla bağlı xatirələrə tez-tez qayıtmayın. Amma bununla belə, səhvlərinizin təhlili gələcəkdə belə yanlışlıqların təkrarlanmasının qarşısını ala bilər.
Şir - işdə həmkarlarla münasibətlər rəvan deyil. Onlar sizin həddən ziyadə tələbkar olduğunuzu düşünürlər. Səfər və ya səyahət üçün əlverişli zaman deyil. Axşam saatlarını evdə keçirin.
Qız - səhv və yanlışlıqlar, işdə və evdə ciddi problemlərin yaranması şansı var. Sakitliyi, soyuqqanlılığı qorumaq çətindir. Lakin dürüst qərarı təmkinlə vermək, çətin vəziyyətdə səbrli davranmaq sizə problemləri həll etməyə imkan verəcək.
Tərəzi - yeni tanışlıqlar istisna deyil. Bu gün qarşılaşdığınız insanlar ilk əvvəl xoşagəlməz təsir bağışlasa da, az sonra onları layiqincə dəyərləndirəcəksiniz.
Əqrəb - şəxsi problemləri müzakirə etmək məsləhət deyil. Dəstək və ya yaxşı məsləhət ala bilməyəcəksiniz. Günün ikinci yarısında izafi yorğunluqdan çəkinin. Belə yorğunluq səhhətinizdə fəsadlar yarada bilər.
Oxatan - mühüm qərarlar qəbul etmək olar. Lakin onların reallaşması ilə tələsməyin. İri sövdələşmələr, bahalı əşyaların alınması üçün əlverişli gün deyil. Maliyyə məsələlərinin həllini təxirə salın.
Oğlaq -nüfuzlu insanlarla görüşlərdə diqqətli və sayıq olun, səlis davranın, etiket qaydalarına əməl edin. Bütün bunlar qarşı tərəfdə xoş təəssürat yaratmağa kömək edəcək.
Dolça - yaşamınızda ciddi dəyişikliklərə başlamaq üçün əlverişli zamandır. Qəti qərar üçün tələskənlik etməyin. Axşam saatlarında imiclə eksperimentlər etmək olar.
Balıqlar - işlərinizi sahmana salın, prosesdə qayda yaradın. Saatlar keçdikcə diqqəti yeni obyektlərə yönəltmək olar. Aktiv çalışmaq, səfər, işgüzar görüşlər üçün yaxşı zamandır.(milli.az)



Günün qoroskopu: yeni layihəni həyata keçirməyə hazır olun
Günün qoroskopu: sevdiyiniz insanla dil tapmaq asan deyil
Günün qoroskopu: səbrli və təmkinli olun
Günün qoroskopu: yaşlı qohumlar sizi dinləməyə hazırdır
Günün qoroskopu: yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil
Günün qoroskopu: Sınaqdan uğurla çıxacaqsınız
Günün qoroskopu: dəvət aldığınız tədbirə qatılın
Günün qoroskopu: bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin
Günün qoroskopu: Dəyər verdiyiniz insanların qayğısına qalın
Günün qoroskopu: işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 