ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - Məqsədə çatmaq üçün çox çalışırsınız. Lakin o məqsədə aparan yolun istiqamətini və niyyəti reallaşdırmağın variantlarını düşünün. Sədləri aşmaq, zor tətbiq etmək barədə düşünməyin. Belədə, ola bilsin ki, məqsədə çatasınız. Amma vaxt və qüvvə israfı böyük olacaq. Bəzi tədbirlərdən, görüşlərdən, habelə əyləncədən imtina etməli olacaqsınız. Ruhdan düşməyin. Əldə olunan qələbənin sevinci sizə hər şeyi unutduracaq. Günün ikinci yarısında hansısa çoxdankı münaqişənin yenidən alovlanması istisna deyil. Bəzi adamlar vaxtilə onlara vurduğunuz zərbələri xatırlayacaqlar. Münasibətlərdə diqqətli olun. Buğa - Qəfil uğur, işlərdə ciddi irəliləyiş ola bilər. Bu gün əldə edilən razılaşmalar və sövdələşmələr sərfəlidir. Peşəkar fəaliyyətlə bağlı məsələlərin həllində intuisiyanı dinləyin. O, sizi aldatmayacaq. Danışıqlarda və müzakirələrdə aktiv olun. İndiyədək sizinlə sərin münasibətlərdə olan insanda sizə rəğbət hissi yarana bilər. Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Onlardan biri, istəyiniz varsa, dostluğa çevrilə bilər. Yaşam arealında yeniliklər, təmirə başlamaq, interyer predmetləri almaq üçün əlverişli zamandır. Əkizlər - Nikbin olun. Günün ilk yarısı kiçik anlaşılmazlıqlar və həllini tələb edən problemlər baxımından zəngin olacaq. Vaxt ötdükcə müsbət təmayüllərin təsiri güclənəcək. Situasiya yaxşılığa doğru dəyişir. Peşəkar fəaliyyət müstəvisində yaranan problemlərin öhdəsindən gələ bilərsiniz. Çətin anda sizə dayaq olan müttəfiq və tərəfdaşların yardımlarından yararlanın. Kiçik ağrılar ola bilər. Amma səhhətinizdə ciddi problemlər yaranmayacaq. Axşam saatları gəzinti, dostlarla görüş və romantik təmaslar üçün əlverişlidir. Xərçəng - İntellektual potensial səviyyəsi yüksəkdir. Çətin problemlərin öhdəsindən gələcəksiniz. Ağır vəziyyətə düşən tanışa və ya dosta yardım edin. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi daha səbatlı edin. Nüfuzlu insanın dəstəyini ala bilərsiniz. Yeni işə keçmək, habelə fəaliyyətinizin istiqamətində köklü dəyişiklik etmək olar. Şəxsi münasibətlər sarıdan düşərli gündür. İllüziyalara qapılmayın. Özünüzü və ətrafınızdakı insanları dəqiq qiymətləndirin. Belədə qarşılıqlı anlaşma əldə etmək çətin olmayacaq. Şir - İşgüzar görüşlər və danışıqlar üçün əlverişli gündür. Opponentləriniz konstruktiv dialoqa hazır olmasalar belə, məqsədə çata bilərsiniz. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, diqqətli olun. Dəvət aldığınız tədbirə qatıla bilərsiniz. Gəlirlər istisna deyil. Əks cins mənsubları ilə ünsiyyət üçün yaxşı gündür. Yaxınlarınız sizə dəstək verir, işlərinizdə kömək etmək istəyirlər. Yeni romantik münasibətlər başlana bilər. Onlar ilk əvvəl asan olmasa da, zaman keçdikcə daha harmonik səciyyə daşıyacaq. Qız - Başladığınız işi sonuclamaq üçün inadkar və qətiyyətli olun, səy göstərin. Dərhal təslim olmayın, geri çəkilməyin. Şəraitdən və yaranan situasiyadan, problemlərdən asılı olmayaraq irəliləməyə çalışın. Zamanın sınağından çıxmış müttəfiqlərin sayəsində rəqibləri üstələyə bilərsiniz. İndiyədək sizə dəstək vermək istəməyən insanı öz tərəfinizə çəkin. Ailədə kiçik anlaşılmazlıqlar ola bilər. Mənasız, kiçik, önəmsiz məsələlərə görə mübahisə, ya da dartışmaya səbəbkar olmayın. Dostlarla görüş üçün yaxşı vaxtdır. Romantik ünsiyyətlə bağlı gözləntilərdə yanılacaqsınız. Tərəzi - Adi günlərdən fərqli olaraq əhvalınız sürətlə dəyişəcək. Sağlam məntiqin emosiyalara yenilməsinə imkan verməyin. Ən əlverişsiz məqamda hisslərə qapılmayın. Evdə və işdə problemlər çoxdur, gün gərgindir. Dəqiq, səlis fəaliyyət planı hazırlayın. Əvvəlcədən tərtib olunmuş plan üzrə hərəkət etsəniz, mənasız emosiyalardan qurtularsınız. Anlaşma, sövdələşmə, alış-verişdə pul xərcləmək üçün əlverişli gün deyil. Qənaətcil olun. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Günün qoroskopu: Bədxərclik etməyin



Günün qoroskopu: Bədxərclik etməyin
Günün qoroskopu: təşəbbüskar və fəal olun
Günün qoroskopu: peşəkar fəaliyyət sahəsində rəhbərliyin sizə münasibətinin dəyişməməsi üçün normal çalışın
Günün qoroskopu: pulunuza qənim kəsilməyin, bədxərclik etməyin
Günün qoroskopu: riskli məşğuliyyət üçün deyil
Günün qoroskopu: dəvət aldığınız tədbirə qatılın
Günün qoroskopu: Fəsadların aradan qaldırılması xeyli vaxt alacaq
Günün qoroskopu: başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın
Günün qoroskopu: yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil
Günün qoroskopu: Problemlərin həllində standart metodlara güvənməyin
Günün qoroskopu: günün ilk yarısı sadə olmayacaq
Günün qoroskopu: Aktiv olsanız, məqsədə çata bilərsiniz
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 