ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - diqqətli və sayıq olun. Ciddi maliyyə problemləri yarana bilər. Çətinliklərin öhdəsindən tezliklə gələ biləcəyinizi düşünməyin. Sənədləşdirmə, mühüm sənədlərin imzalanması üçün münasib gün deyil. Yalnız zərurət yarananda təşəbbüslə çıxış edin. Bütün problemləri təkbaşına həll etmək istəmirsinizsə, yardım istəməyi unutmayın. Günün ikinci yarısında bədbinliyə qapılmayın. Ətalətli və süst olmayın, işləməyi sevməyən adamlarla vaxt keçirməyin. Axşam saatlarında gəzinti üçün vaxt tapın. Bu minvalla yuxusuzluqdan qurtula bilərsiniz. Buğa - qarşınızda maraqlı perspektivlər yaranır. Yararlana biləcəyiniz imkanları dəyərləndirin. Məsləhətlərə qulaq asın. Etibar etdiyiniz, inandığınız insan sizə yaxşı yol göstərə bilər. Gəlir ehtimalı azdır. Gözlənilən məbləği bir qədər sonra əldə edəcəksiniz. Günün ikinci yarısında şəxsi münasibətlərə aydınlıq gətirin. Hiss və emosiyalarınıza hakim olun. Yaxın ətrafınızdakı insanlarla sərt danışmayın. Hədiyyə almaq, sürprizlər etmək üçün əlverişli zaman deyil. Sevindirmək istədiyinz insan səyinizi dəyərləndirməyəcək. Əkizlər - gün asan olmayacaq. Ciddi problemləri həll etməyiniz gərəkdir. Çətinliklərin həllində yaxınlarınızın yardımlarından yararlanın. Onlardan dəstəklə bahəm, ağıllı məsləhət də ala bilərsiniz. Sərt tənqid olunmağınız istisna deyil. Səbrli olun, ətrafınızdakı insanların sizə nə demək istədiklərini anlayın. Sözləri ürəyinizə salmayın. Günün ikinci yarısında əks cins mənsubu sizinlə maraqlanmağa başlayacaq. Axşam saatlarında səhhətinizdə problemin yaranmasını istəmirsinizsə, sərvaxt davranın. Xərçəng - düşünülməmiş qəbul edilən qərar və ya tələsik əməl çox ciddi fəsadlara malik səhvlərə səbəb ola bilər. Ehtiyatı əldən verməyin. Sayıq davranın, geriyə çəkilməyə ehtiyac yaranacaq zaman üçün yolları müəyyənləşdirin. Əks təqdirdə ağır durumda qala bilərsiniz. Bəyənmədiyiniz, əsla rəğbət bəsləmədiyiniz insana üz tutaraq ondan yardım istəməli olacaqsınız. Yoxsa çətinlikdən qurtulmaq asan olmayacaq. Günün ikinci yarısında yalan qurbanına çevrilməyin. Etibarınızdan sui-istifadə etməyə çalışacaq adamlar az olmayacaq. Borc verməyin, borc almayın. İri anlaşmalar və ya sövdələşmələr üçün münasib gün deyil. Mühüm sənədlərin imzalanmasını ertələyin. Şir - işgüzar və şəxsi münasibətlərdə irəliləyişə nail olmaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanları daha yaxşı anlamağa, onların qərarlarının motivlərini və addımlarının səbəblərini bilməyə çalışın. Günün olayları fikir ayrılıqlarını dəf etməyə imkan verəcək. Sevdiyiniz insanla münasibətlərdəki gərgin dönəmə son verin. Günün ikinci yarısında məqsədə çatmaq üçün ekstravaqant addımlar atmaq, hətta riskli qərarlar qəbul etmək olar. Fəqət, ehtiyatı əldən verməyin. Travma ehtimalı az deyil. Problemlər yarana bilər. Qız - çoxdan bəri reallaşdırmağa çalışdığınız layihəni və ya işi bu gün başa vura bilərsiniz. Dostlar sizə yardım edəcəklər. Birgə iş və əməkdaşlıq faydalıdır. İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Çətinlik ciddi münaqişəyə çevrilməmiş onu aradan qaldırın. Yaşananlar peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizə ciddi təsir etməyəcək. Günün ikinci yarısı yaşlı qohumlarla təmaslar üçün əlverişlidir. Ailədə problemlər yaranarsa, onları təxirə salmadan, ertələmədən həll edin. Tərəzi - ciddi qərarları müstəqil qəbul edin. Onları mümkün qədər tez həyata keçirməyə çalışın. Yaxın ətrafınızdakı insanların dəstəyinə bel bağlamayın. Onların sizə qınaq və tənələrini bildirmələri də istisna deyil. Səbəb həmin insanların sizin haqlı olduğunuzu anlamamalarıdır. Bir qədər vaxt keçəcək və hamı anlayacaq ki, mümkün olan variantlar arasında ən məntiqlisini, ən doğru yolu seçibsiniz. Günün ikinci yarısında problemlərin həllində təxəyyülü işə salın. Rutin, standart, tipoloji həllər əlverişli deyil. Orijinal çözümlərə üstünlük verin.
Günün qoroskopu: Danışıqlar apardığınız şəxslə ümumi məxrəcə gəlin

