Xəbər verdiyimiz kimi, təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib. Prezident İlham Əliyev müvafiq sərəncamı ilə vəzifədən azad edilən Mətin Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb və yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
ONN media xəbər verir ki, Eynullayev Mətin Balasən oğlu nazir müavini olmazdan əvvəl Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tutub. O, uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır. Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə (2009-2013-cü illər) hüquqşünas, sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri və Aparat rəhbəri vəzifələrində çalışıb. Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib. Ötən ilin yanvarında prezident İlham Əliyevin sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.
Mətin Eynullayev əvvəllər "Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi işləyib.
Bəzi məlumatlara görə, Mətin Eynullayev təhsil nazirinin tələbə yoldaşıdır.



Səfər Mehdiyevin yerinə kim təyin olunacaq?
Prezident Eynullayevə vəzifə verdi
Azərbaycanda 36 yaşlı hüquqşünas nazir müavini təyin edildi
Mikayıl Cabbarov özünə iki müşavir təyin etdi
Prezident nazir müavininə yüksək rütbə verdi - SƏRƏNCAM
Prezident onu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
Prezident Mikayıl Cabbarovu vəzifəsindən azad etdi
İlham Əliyev sərəncam imzaladı
Nazir müavini təyin olunan Fariz Rzayev kimdir? — DOSYE
Mikayıl Cabbarov ona YÜKSƏK VƏZİFƏ verdi
Prezidentin icra başçısı təyin etdiyi Rəşad Tağıyev kimdir? - DOSYE
Azərbaycanda bu xanıma YÜKSƏK VƏZİFƏ verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 