“2017-ci ildə monetar şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşıb”.
ONN medianın məlumatına görə,bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib: “2017-ci ilə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7% artıb ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim kifayət qədər pul olub. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlayıb”.
E. Rüstəmov əlavə edib ki, valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib.



Elman Rüstəmov manatın məzənnəsinə proqnoz verdi
Azərbaycan sərt pul siyasəti yürüdəcək
"Sərt xarici şok baş verməzsə, gələn il valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov
Mərkəzi Bank 200 milyon dollar gəlir əldə edəcək - Elman Rüstəmov
Banklar şənbə və bazar günləri də işləyəcək
Elman Rüstəmov bu vəzifəsindən azad edildi
Elman Rüstəmov: "Valyuta bazarında vəziyyət..."
Faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqında
Elman Rüstəmov: "Qiymət artımının təsiri olacaq"
İnflyasiya ilə bağlı açıqlama
Elman Rüstəmovun əhaliyə müraciəti
Elman Rüstəmov - Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 