Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2018-2019-cu illərdə uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi öhdəliyini öz üzərlərinə götürüblər.
ONN media-nın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının bu istiqamətdə 2018-2019-cu illər üzrə götürdükləri öhdəliklər sırasında ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması, qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın icrası istiqamətində tədbirlərin davam etdirilməsi, uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin qadınların əmək və sığorta stajına daxil edilməsindən ötrü müvafiq qanunvericilikdə dəyişikliklər etmək, Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatının minimum normaları haqqında” 102 nömrəli Konvensiyasının ratifikasiyasını sürətləndirmək, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbirlər görmək də var.



Uşaqlara görə verilən müavinət artırılacaq – ŞAD XƏBƏR
2023-2025-ci illər üçün Baş Kollektiv Saziş bağlanıldı
Vətən Müharibəsi Qəhrəmanlarına BU GÜZƏŞTLƏR ediləcək - QƏRAR VERİLDİ
Füzulidən olan Aprel şəhidlərinin övladları himayəyə götürüldü
İlham Əliyev təhsillə bağlı tapşırıq verdi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı işə başlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçildi
İlham Əliyev sərəncam imzaladı
İTV-nin Yayım Şurasına yeni üzvlər seçiləcək - SİYAHI
Məşğulluq və sosial məsələlərlə əlaqədar İşçi Qrup işəgötürənlərə xəbərdarlıq etdi
İsti havalarda iş rejimi - Bu halda bütün növ işlər dayandırılır
Fazil Məmmədov bu vəzifədən də azad edildi – Sərəncam
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 