ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var. Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır. Buğa - işgüzar müstəvidə çətinliklər ola bilər. Gəlirli sifvarişi əldən buraxmayın, ciddi maliyyə itkilərinə səbəb olacaq addımlar atmayın. İşdəki münasibətlərdə sərinlik yarana bilər. Saymazyana və yekəxana davranaraq sizə sataşan insanın tərbiyəsizliyini cavabsız qoymayın. Alınan məlumatı təhlil edin. Əkizlər - yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun. Xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq istəyirsinizsə, ehtiyatlı davranın, sözlərinizdə səlis olun. Səfərə və ya səyahətə yollanmayın. Xərçəng - bütün fikrinizi şəxsi problemlərin həllinə yönəltsəniz, mühüm məsələ diqqətinizdən yayına bilər. Emosiyalar hərəkətlərinizə və qərarlarınıza təsir etməsin. Bunu hiss edən kimi dayanın. Başqasının hissləri hesabına özünüzü təsdiqləməyə çalışmayın. Şir - səbrli olun, təmkinli davranın. Hadisələrin mövcud axarına süni müdaxilələrin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. İşdə tənbəllik etməyin. Bu gün istirahət və əyləncə zamanı deyil. Əsl hissləri və dostluğu heç nəyə məsul etməyən boş tanışlıqdan ayırın. Ətrafınızdakı insanlarla münasibətləri nizamlayın, emosiyalarınızda qayda yaradın. Qız - yaradıcı və yaşam potensialınız yüksəkdir. Peşəkar fəaliyyətdə inadkar, qətiyyətli olun. Sevdiyiniz insanın qəlbini qırmayın. Səy və vaxtınızı əsirgəməsəniz, xüsusi əhəmiyyətə malik işdə uğura nail ola bilərsiniz. Bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin. İşdə rəhbərliklə təmaslarda problem olmayacaq. Tərəzi - romantik hisslər, əsassız istəklər və xülyalara aldanmayın. Macəra və sərgüzəştlər aramayın. Günün ilk yarısı sizdən mühüm qərarlar tələb edə bilər. Bu qərarlar müəyyən dərəcədə şəxsi həyatınızla bağlı olacaq. Günün ikinci yarısında imkalarınızı dəqiq qiymətləndirin, illüziyalara qapılmayın.
Günün qoroskopu: yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun



Günün qoroskopu: bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin
Günün qoroskopu: Özünümüalicə ilə məşğul olmayın
Günün qoroskopu: Diqqətli olun, bədxahların məkrli planlarına aldanmayın
Günün qoroskopu: İşgüzar səfərlər üçün əlverişli vaxtdır
Günün qoroskopu:Yaxınlarınıza yardım edin
Günün qoroskopu: İzafi işlərə başlayaraq özünüzü yormayın
Günün qoroskopu: aktiv və enerjili olun
Günün qoroskopu: yaşam potensialınızın səviyyəsi yüksək olacaq
Günün qoroskopu: Səhhətinizə fikir verin
Günün qoroskopu: Axşam saatlarında xoş xəbər alacaqsınız
Günün qoroskopu: uğurlu, işlər üçün düşərli gündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 