Azərbaycanda hər il yüzlərlə insan dəm qazından zəhərlənir. Qış mövsümü başlar-başlamaz demək olar ki, hər gün dəm qazının qurbanları barədə xəbərlər oxuyuruq. Bəs bu bəladan necə qorunmaq olar?
ONN media dəm qazından zəhərlənmənin əlamətləri, yol aça biləcəyi ağır nəticələr, ondan qorunmaq qaydaları və zəhərlənmə zamanı ilkin yardım barədə araşdırmanı təqdim edir.
Bir karbon və bir oksigen atomundan ibarət olan dəm qazı (CO) zəhərlidir. Təbii qaz, balon qazı, qaz yağı, benzin, kömür və odun kimi yanacaqların yanması və ya tam olaraq yanmaması nəticəsində yaranır. Havadan yüngül, iysiz, dadsız, rəngsiz olması hiss edilməsinin qarşısını alır. Buna görə də, ona "səssiz qatil və ya hiyləgər düşmən” deyilir.
İnsan orqanizmi dəm qazına məruz qaldıqda qandakı hemoqlobinin 20%-i karboksihemoglobine çevrilirsə, baş dönməsi və baş ağrısı ilə başlayan ilk əlamətlər müşahidə olunur. Nisbət 50%-ə çıxanda huşunu itirmə, 60-70%-də isə ölüm baş verir.
Yüngül zəhərlənmə əlamətləri:
Baş ağrısı, başgicəllənmə, diqqətin yayınması, ürəkbulanma, yorğunluq hissi, nəfəs almaqda çətinlik çəkmək, ürək döyüntüsü.
Ağır zəhərlənmə əlamətləri:
Sərsəmlik, unutqanlıq, qusma, dəridə qızarma, ümumi yorğunluq, əzələdə ağrı, huşunu itirmə, tənəffüs dayanmasıyla ölüm.
Dəm qazından zəhərlənmə zamanı ilkin yardım
İlk öncə nəzərə almaq lazımdır ki, zəhərlənən bir adama kömək edən şəxs özünü də qorumalıdır.
Dəm qazından zəhərlənmə baş verən məkanda pəncərələr açılmalı və ya sındırılmalıdır.
Dəm qazına məruz qalan insan sürətlə məkandan uzaqlaşdırılmalı, açıq havaya çıxarılmalıdır.
Vaxt itirmədən təcili yardım xidməti (103) çağırılmalıdır.
Zəhərlənən şəxs açıq havaya çıxarılanda ya da təhlükədən uzaqlaşdırıldıqda ağız və burnu təmizlənməlidir. Əgər həmin şəxs nəfəs almırsa, süni tənəffüsə başlamaq lazımdır.
Dəm qazı insan orqanizminə necə təsir göstərir?
Dəm qazı (CO) tənəffüs yollarına daxil olduqdan sonra ağ ciyərlərdən qana keçərək, qırmızı qan hüceyrələrinin daxilində olan və toxumalara oksigen daşıyan hemoqlobinə oksigendən orta hesabla 200 dəfə daha sürətli və daha sıx bağlanır. Bununla da karboksihemoqlobin (COHB) yaradır. Normalda havadakı oksigenləri oksihemoqlobin şəklində hüceyrələrə daşıyan qırmızı qan hüceyrəsi karbon turşusu qazına məruz qaldığımız müddət ərzində kifayət qədər oksigen daşıya bilmir. Nəticədə hüceyrələr ölməyə başlayır və beyin başda olmaqla, ürək və digər orqanlar funksiyalarını icra edə bilmirlər.
Hüceyrə ölümləri ilk olaraq beyinə təsir edir. Odur ki, bədənin ilkin reaksiyası baş dönməsi və baş ağrısıdır. Dəm qazından zəhərlənmə zamanı nə qədər qaz udulması və müddəti önəmlidir. Müəyyən həddən sonra xəstəyə təcili müdaxilə edilsə belə, beyin hüceyrələrində ölüm reallaşa bilər.
Dəm qazından zəhərlənməyə qarşı riayət edilməli olan qaydalar:
Qazla çalışan qurğulara qətiyyən müdaxilə etməyin və kənar şəxslərin müdaxilə etməsinə icazə verməyin;
Bacalı cihazların yerləşdiyi otaqlarda, məkanlarda qətiyyən yatmayın;
Qaz sistemi quraşdırıldıqdan sonra qurğuya yeni bir cihaz bağlayırsınızsa, mütləq bu barədə səlahiyyətli orqanları xəbərdar edin;
Pəncərə və ya divarınıza montaj edilən, mühitə təzə hava daxil olmasını və hər hansı bir qaz sızması halında qazın xaricə çıxmasını təmin edən barmaqlıqları (havalandırmaları) heç vaxt bağlamayın;
Bacanın təmiz olmasına nəzarət edin;
Qapalı qarajda maşınınızı uzun müddət işlək vəziyyətdə saxlamayın;
Pəncərə və ya divarınıza montaj edilən, mühitə təzə hava daxil olmasını və hər hansı bir qaz sızması halında qazın xaricə çıxmasını təmin edən barmaqlıqları (havalandırmaları) heç vaxt bağlamayın;
Bacanın təmiz olmasına nəzarət edin;
Qapalı qarajda maşınınızı uzun müddət işlək vəziyyətdə saxlamayın;
Qaz boru vasitələrinin korroziyaya qarşı boyanın üzərini sarı rəngli yağlı boya ilə rəngləyin. Boyama prosesində su əsaslı boyadan qətiyyən istifadə etməyin.



ƏHALİYƏ XƏBƏRDARLIQ: Dəm qazı bu hallarda yaranır
“Səssiz ölüm”dən necə yaxa qurtarmaq olar? – VİDEO
FHN -dən əhaliyə müraciət
FHN-dən əhaliyə vacib XƏBƏRDARLIQ
FHN-dan əhaliyə XƏBƏRDARLIQ
“Mavi ölüm” təhlükəsi ilə bağlı – XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi
Qobustanda iki uşaq dəm qazından zəhərləndi
55 yaşlı kişi dəm qazının qurbanı oldu - Qubada
Bakıda ana və 7 uşağı qazdan zəhərləndi
Bu evlərə qaz verilişi dayandırılacaq - XƏBƏRDARLIQ
Üç nəfər dəm qazından zəhərləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 