ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - mühüm işləri təxirə salmayın. Günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Peşəkar müstəvidəki problemləri həll etməyə çalışın. Saatlar keçdikcə situasiya dəyişəcək, çətinliklərin sayı artacaq. Münaqişəli vəziyyətlər çoxalır. Aqressiv və səbrsiz olmayın. Münaqişələrin səbəbkarına çevrilməyin. Günün ikinci yarısında tənbəl və süst olmayın. Aktiv yaşam mövqeyiniz olarsa, məqsədlərə çata bilərsiniz. Qeyri-adi görüşlər, yeni tanışlıqlar olacaq. Buğa - aktiv olun. Birmənalı olmayan, amma hadisələrlə zəngin və maraqlı gündür. Yaranmış situsiyada qəbul etməyə hazırlaşdığınız qərar yanlış olmamalıdır. Tələsməyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə yox, intuisiyanızın səsinə qulaq asın. Günün ikinci yarısında işdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları, ixtilaflar ola bilər. Çoxdankı müttəfiqlərdən birini itirə bilərsiniz. Ehtiyac duyulmayan sözləri söyləməyin. Əhvalınız əlinizdədir. Olayların məcrasını sərfəli istiqamətə dəyişmək imkanlarını əldən verməyin. Axşam saatları alış-veriş üçün əlverişlidir. Əkizlər - uğurlu və əlverişli gündür. Böyük ümidlər bəslədiyiniz işə dərhal başlasanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Maraqlı tanışlıqlara nail olmaq mümkündür. Həmkarlarla qeyri-formal ünsiyyət müsbət emosiyalar bəxş edəcək. Günün ikinci yarısında anlaşma və ya sövdələşmələr uğurlu ola bilər. Orqanizminizi sınağa çəkməsəniz, əhvalınız yaxşı olacaq. İntizamlı və ağıllı davransanız, istənilən problemin öhdəsindən gələ bilərsiniz. Xərçəng - yeni ideyalar və maraqlı imkanlar vəd edən yaxşı gündür. Səliqəli, diqqətli olun. Xırdalıqlarla detalları qulaqardına vurmayın. Kobud səhv və yanlışlıq ehtimalını minimuma endirin. Günün ikinci yarısında işdə rəhbərliklə fikir ayrılığı ola bilər. İxtilafı ciddi münaqişəyə çevirməyin. Son vaxtlar yaranmış problemləri müzakirə edərkən məntiqli davranın. Axşam saatlarında yeni münasibətlər başlaya bilər. Hüquqi məsələlərin çözümü və qanunların öyrənilməsi üçün əlverişli zamandır. Aldığınız informasiya az sonra karınıza gələcək. Şir - özünüz üçün çətin, ağır situasiya yaratmayın. Səhvlərin təkrarlanmasında təkidli olmayın. Ötənlərin acı təcrübəsini unudaraq yeni yanlışlıqlara yol verməyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərinin heç də hamısı pis deyil. Günün ikinci yarısında evdə və işdəki münaqişələr sizi sinirləndirə bilər. Fikir ayrılıqlarının xoşagəlməz fəsadlara səbəb olmasına imkan verməyin. Başqalarının da haqlı ola biləcəklərini etiraf etməsəniz, səhvlərinizi boynunuza almasanız, işlərinizdə irəliləyişlər olmayacaq. Qız - günün ilk yarısından maksimal dərəcədə effektiv yararlanın. Bu saatlarda çox işləri başa vura bilərsiniz. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq. Yaşam potensialı və işgüzar aktivlik səviyyəsi isə əksinə, aşağı düşəcək. Günün ikinci yarısında əhvalınız korlana bilər. Bu yaxınlarda başladığınız işlərə marağınız azalmasın. Dostlarla mübahisələr istisna deyil. Müttəfiqlərlə mübahisələr istisna deyil. İctimai və ya siyasi aksiyaya marağınız arta bilər. Səhhətinizə fikir verin. Axşam saatlarında sağlıq durumunuzda problemlər yarana bilər. Tərəzi - əlverişli gündür. Maraqlı işgüzar təkliflər alacaqsınız. Həmin təkliflərin bəzilərini qəbul etmək mümkündür. İşlərinizdə peşəkar və enerjili olmaqla yanaşı, çalışdığınız insanlarla dil tapın, mübahisə etməyin. Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Onların ən maraqlısı evdən uzaqda olacaq. Maliyyə fonu uğurludur. Son vaxtlar sizi narahat edən bir sıra məsələləri həll edə bilərsiniz. Alış-veriş üçün münasib zamandır. Əqrəb - ziddiyyətli gündür. Yaxşı əhvalı qorumaq asan deyil. Ən kiçik məsələ və detal sizi qıcıqlandıra bilər. Bədxahlar və rəqiblər isə sizi təxribata çəkməyə, tələyə salmağa çalışırlar.
Günün qoroskopu: Detallara diqqət yetirin

