Prezidentin sərəncamı “Əməkdar” fəxri adını almış jurnalistlərə də şamil ediləcək. Sərəncama əsasən onların təqaüdləri martın 1-dən artırılacaq. Belə ki, əvvəlcə bu təqaüd 60 manat idisə, hazırda 100 manat olacaq.
ONN media xəbər verir ki, bu sözləri bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Musavat.com-a açıqlamasında bildirib.
Qeyd edək ki, fevralın 22-də prezidentin sərəncamı ilə fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdlər artırılıb.
Dəyişikliyə görə prezidentin fərdi təqaüdünün məbləğinin martın 1-dən 1300 manatdan 1450 manatadək, gənc istedadlara xüsusi təqaüdlər 300 manatdan 400 manata qədər artırılıb. Həmçinin martın 1-dən “Xalq” fəxri adından ötrü təqaüd 150 manat, “Əməkdar” fəxri adına görə isə 100 manat müəyyən edilib. Bundan əvvəl “Xalq” fəxri adına görə 100, “Əməkdar” fəxri adına görə isə hər ay 60 manat ödənilirdi.
Xatırladaq ki, ölkə mətbuatında “Əməkdar” fəxri adını almış çoxsaylı jurnalistlər var. Onlardan “Yeni Müsavat” qəzetinin baş redkatoru Rauf Arifoğlu, qəzetin redaktoru Zahid Səfəroğlu, “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı və digərlərini qeyd etmək olar.



Fəxri adlara görə verilən təqaüd artırıldı
Azərbaycanda bu qadınlara fəxri adlar verildi - SİYAHI
Müavinət və təqaüdlər artırılacaq? - RƏSMİ
Əlillərin müavinətləri bu qaydada artırılacaq - İZAH
Vasif Talıbovdan VACİB SƏRƏNCAM - Təqaüdlər artırıldı
Elman Babayevə vəzifə verildi
Müavinətlər və təqaüdlər artdı - Nazirlik
“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında Prezident Sərəncamı
Prezident iki nəfərə fəxri ad verdi - SƏRƏNCAM
Xalq artisti xəstəxanaya yerləşdirildi: VƏZİYYƏTİ AĞIRDI
Prezident onlara fəxri ad verdi
"Olaylar"ın əməkdaşı Süleyman İsmayılbəyli "Əməkdar Jurnalist" adını aldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 