Fevralın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən ONN media-ya bildiriblər ki, əvvəlcə Komissiyanın 2018-ci il fevralın 19-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Nadir oğlu Əliyevin və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Calal oğlu Məmmədovun namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 15 nəfərə çatıb. Daha sonra MSK-nın qərarı ilə sözügedən siyasi partiyalar tərəfindən təqdim edilmiş səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr qeydə alınıb.
Komissiyanın iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı da təsdiq edilib.
İclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.



Namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 16-ya çatdı
Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı
Namizədliyi təsdiqlənmiş 5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib
Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
Prezident seçkilərində 8 namizəd mübarizə aparacaq - SİYAHI
İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı
Daha 8 şəxsin prezidentliyə namizədliyi təsdiqləndi
MSK daha bir rəsmi məlumat yaydı
Daha 4 nəfərin namizədliyi təsdiqləndi
Prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatıb
MSK daha 6 şəxsin namizədliyini təsdiqlədi
Seçki qabağı təşviqat aprelin 10-u dayandırılacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 