ONN İnformasiya Agentliyi

Həftəsonu ilə bağlı polisdən XƏBƏRDARLIQ

Həftəsonu ilə bağlı polisdən XƏBƏRDARLIQ
11 İyul 2020 - 10:55

Xəbər verdiyimiz kimi şəhərdaxili sutkalıq postların ləğv edilməsi ilə iyulun 4-dən mobil postlar fəaliyyətə başlayıb. Şənbə və bazar günləri isə sözügedən postlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. 

Bu gündən etibarən gücləndiriliş iş rejimində fəaliyyət göstərəcək mobil postlar paytaxtın müxtəlif istiqamətlərində karantin rejimi qaydalarına əməl olunmasına nəzarət edəcəklər.

Mobil postların gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsində məqsəd şənbə və bazar günləri sui-istifadə hallarının qarşısının alınmasıdır.

Araz Əsgərli – BŞDYP-nin əməkdaşı:

“Bu gün gördüyünüz mobil postlar daha da çox olacaq, hər küçədə, hər prospektdə postları görəcəksiniz. Həftə sonları üçün özlərinə istirahət proqramları quran vətəndaşlara üzümüzü tutub demək istəyirik ki , altı-bazar gücləndirilmiş qaydada polis öz fəaliyyətini davam etdirəcək”.

Qeyd edək ki, mobil postlar bir ərazidə təxminən 30-40 dəqiqə xidmət aparır. Daha sonra yoxlamalar başqa bir ərazidə davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png