Azərbaycanda koronavirusa yoluxanların 56,2 faizi Bakı şəhərinin payına düşür. Ölkə üzrə ikinci ən çox yoluxma Abşeron rayonundadır. Bu zonada yoluxma `15,8 faizə çıxıb. Aran zonası yoluxmaya görə 10,2 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 6,2 faiz yoluxma ilə 4-cü yerdədir. 4,3 faiz yoluxma Lənkəran şəhərinin, 1,2 faizi Şəki-Zaqatala, 1,3 faizi Quba-Xaçmaz, 1,0 faizi Yuxarı Qarabağ bölgəsi, 1,2 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,004 faiz qeydə alınıb. Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Xətai və Yasamal rayonlarında olub. Paytaxt üzrə yoluxanların 14,3 faizi Binəqədi, 11,8 faizi Yasamal, 12,2 faizi isə Xətai rayonunun payına düşür. Yoluxma hallarının 11,8 faizi Sabunçu, 9,1 faizi Nəsimi, 8,5 faizi Nərimanov, 8,0 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 7,1 faizi Nizami, 7, 4 faizi Qaradağ, 5,0 faizi Xəzər, 4,6 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub. Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir. Xatırladaq ki, iyulun 6-na qədər Azərbaycanda 20837 nəfər koronavirusa yoluxub. Onlardan 12182 nəfər sağalıb, 258 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 8397 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 522 min 773 nəfər üzərində koronavirus testi keçirilib. (trend)
Azərbaycanda koronavirusa ən çox yoluxma hansı ərazidədir?



Ən yüksək yoluxma olan zonalar AÇIQLANDI
Qadın və kişilərin koronaya yoluxma nisbəti dəyişdi
Bakıda ən çox yoluxma bu rayonlardadır
Bakıda yoluxma ən çox bu rayondadır - STATİSTİKA
Virus Bakının bu ərazilərində daha çox YAYILIB
ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi
Azərbaycanda yoluxma ən çox bu ərazilərdədir
Bakıda yoluxma sayı ən çox olan rayon hansıdır?
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır
Bakıda koronavirusa yoluxma ən çox bu ərazilərdədir - RƏQƏMLƏR
Azərbaycanda mehmanxanaların gəlirlərinin məbləği AÇIQLANDI
Azərbaycan əhalisinin sayı nə qədər artıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 