ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - problemlərin həllinə yaradıcı yanaşın. Yaxın ətrafınızdakı insanların sizi dəstəkləməyəcəklərinə hazır olun. Sərt tənqidlər eşidəcəksiniz. İrad və tənqidlərə aqressiv reaksiya nümayiş etdirməyin. Belə davransanız, münaqişə və qarşıdurmalar yarana bilər. Buğa - düşünülməmiş addımlar atmayın. Əsas məsələ emosional müvazinətdir. Nikbin və qətiyyətli olsanız, uğur əldə edəcəksiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın. Əkizlər - yerinə yetirilməsi ilə bağlı azacıq şübhənizin olduğu öhdəliklərə boyun olmayın. Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və sənədlərin imzalanması məsləhət deyil. Texnoloji fəaliyyətlə məşğulsunuzsa, gün uğurlu olacaq. Xərçəng - hüquq-mühafizə orqanları və əmlak məsələlərini tənzimləyən qurumlardan birinin təmsilçisi ilə ünsiyyətdə olacaqsınız. Münasibətlər gərginləşəcək. Yaxın ətrafınızdakı insanlarla münaqişə etməmək üçün ehtiyatlı və səbrli davranmalısınız. Mənfi emosiyalarınıza nəzarət edin. Axşam saatlarını dostlarla keçirin. Şir - məsləhətlərə qulaq asın. Deyilənləri dinləsəniz, peşəkar fəaliyyət müstəvisində irəliləyiş və mövcud problemlərin çözülməsi ilə bağlı həll variantlarını aşkarlaya bilərsiniz. Günün ilk yarısında həddən artıq intensiv zəhmət tələb edən iş olacaq. Qız - müzakirələrdə opponentlərinizi üstələyə bilərsiniz. Mübahisələrdə aqressivlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. İnsanların gur olduqları yerlərə yollanmayın. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Səhhətinizin qeydinə qalın, rasiona fikir verin. Tərəzi - zərərli vərdişlərdən birindən yaxa qurtarmaq üçün əlverişli zamandır. Pəhrizə başlamaq, qidalanma sistemini nizamlamaq olar. İdmanla məşğul olmağa başlaya bilərsiniz. Əqrəb - maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Günün ikinci yarısında isə yaxınlarınızdan birinin sizə iradları olacaq. Emosional davranmayın, təmkinli olun və belədə münaqişəyə yol verməyəcəksiniz. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz. Sağlamlıqla bağlı kiçik problem istisna deyil. Oxatan - uğurlu gündür. Planlarınızdan birini sürətlə reallaşdıra bilərsiniz. Qəfil hədiyyə, təklif və ya sifariş istisna deyil. Yeni dostlar tapa bilərsiniz. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, kreativ davranın. Oğlaq - yaxın ətrafınızda olan insanlara təsir edin. Situasiyadan yararlanaraq görüş planlaşdırın, münaqişəni çözməyə, anlaşılmazlığı aradan qaldırmağa çalışın. Axşam saatlarında eqoizmə yer olmamalıdır. Dolça - karyeranız üçün əlverişli zamandır. Humanitar sahədə fəaliyyət göstərirsinizsə, çoxdankı planlardan birini gerçəkləşdirə bilərsiniz. Özünüzdən bədgüman olmayın. İmprovizə edin, şəraitdən asılı olaraq planlara dəyişikliklər edin. Balıqlar - önəmli görüş zamanı sayıq və diqqətli olun. Axşam saatlarında əhvalınız pisləşə bilər. Orqanizminizin qeydinə qalın. Normal istirahət etməyə çalışın. Alış-veriş etmək olar.(milli.az)
Günün qoroskopu: Planlarınızdan birini sürətlə reallaşdıra bilərsiniz



Günün qoroskopu: Yaxınlarınızın qayğısına qalın
Günün qoroskopu: Yaranan imkanlardan bəhrələnin
Günün qoroskopu: yeni ideyalardan birinin sayəsində gəlirlərinizi artıra bilərsiniz
Günün qoroskopu: aktiv, məqsədyönlü və qətiyyətli çalışın
Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: çətin problemlərin həlli üçün əlverişli zamandır
Günün qoroskopu: yeni layihəni həyata keçirməyə hazır olun
Günün qoroskopu: Yaxınlarınızla ünsiyyətdə problem ola bilər
Günün qoroskopu: emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın
Günün qoroskopu: yeni işlərə başlamaq məsləhət deyil
Günün qoroskopu: dəvət aldığınız tədbirə qatılın
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 