ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - aktiv və praktik olun. Cari məsələləri həll edin, uzunmüddətli planlar qurun. Yeni ideyalar sadə olmalıdır ki, onları reallaşdırmaq çətinlik yaratmasın. Buğa - yüksək zövq, qüsursuz davranış, həssaslıq və qayğıkeşlik bu gün əsas məziyyətləriniz olmalıdır. Romantik görüş zamanı əks tərəfdə xoş təəssürat yaradacaqsınız. Əkizlər - peşəkar fəaliyyət müstəvisindəki məsələlərin həlli, işgüzar görüşlər, karyeranızın inkişafının asılı olduğu insanlarla təmaslar üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Orada həmfikir və müttəfiqlə yanaşı, yeni dost tapa bilərsiniz. Yeni tanışlıq uğurlu olacaq. Xərçəng - işdə qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Günün maliyyə fonu əlverişlidir. Nəzərdə tutmadığınız gəlir əldə edə bilərsiniz. Alış-veriş etmək olar. Pulu məntiqli şəkildə xərcləsəniz, çoxlu pozitiv emosiyalar alacaqsınız. Şir - önəmli, məsuliyyətli, amma o qədər də çətin olmayan gündür. Nəyi niyə etdiyinizi anlayın. Fəaliyyət istiqamətini intuisiyanız göstərəcək. Yaşamınızdan şikayətlənməyin. İşdə həmkarlar və rəhbərliklə münasibətlərinizin harmonik olmasına çalışın. Sizi təxribata çəkən yaramaz, ləyaqətsiz insanın felinə düşüb emosional davranmayın. Qız - şəxsi münasibətləriniz daha harmonikdir. Yanınızda olanların sizə rəğbəti böyükdür. Nikbin olun, ruhdan düşməyin. Axşam saatlarında sizi xoş sürprizlər gözləyir. Tərəzi - sizə əsla maraqlı təsir bağışlamayan işlərlə məşğul olmaq məcburiyyətindəsiniz. Əyləncə və istirahət planlarını təxirə salın. Niyyətlərin ertələnməsi sizi qıcıqlandırmamalıdır. İşdə rəhbərliklə münasibətlərdə çətinliklər yarana bilər. Üsyankar əhval-ruhiyyənizi cilovlayın, vəzifəcə sizdən böyük olanlarla aşkar qarşıdurmaya başlamayın.
Günün qoroskopu: aktiv və praktik olun



Günün qoroskopu: İşdə qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın
Günün qoroskopu: Aktiv olun
Günün qoroskopu: Aktiv və praktik olun
Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: yaşlı qohumlar sizi dinləməyə hazırdır
Günün qoroskopu: Bel bağladığınız insanlar sizə kömək edə bilməyəcək
Günün qoroskopu: Etiketə əməl edin, sözlərinizdə diqqətli olun
Günün qoroskopu: Axşam saatlarında xoş xəbər alacaqsınız
Günün qoroskopu: Səhhətinizə fikir verin
Günün qoroskopu: hər addımınız səlis və düşünülmüş olmalıdır
Günün qoroskopu: Ləyaqətsiz və xəbis insanlardan uzaq durun
Günün qoroskopu: Son vaxtlar sizin üçün xüsusi əhəmiyyət kəsb etmiş problemin həllində qətiyyətli olun
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 