ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - birgə layihədə iştirakla müqayisədə müstəqil fəaliyyət daha məhsuldar olacaq. Dəvət aldığınız tədbirə qatılın. Yaxınlarınızla çox vaxt keçirməyə çalışın. Ünsiyyət faydalı və xoş olacaq. Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeniliyi əxz etməklə yanaşı, əvvəllər əldə etdiyiniz biliklərin bir qismini tətbiq etmək imkanları yaranır. Dostlar, həmkarlar və həmfikirlərə etibar etmək olar. Əkizlər - müəyyən önəmli məsələnin həlli ilə bağlı məsuliyyət üzərinizə düşür. Həmin məsuliyyətdən yayınmayın. Xərçəng - bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı vaxtdır. Parlaq, təkrarolunmaz insan olduğunuzu göstərin. Axşam saatlarında əylənin, günün stressini unutmağa çalışın. Şir - yaxın ətrafınızdakı insanlardan biri sizdən sui-istifadə etməyə can atır. İntuisiyanıza qulaq asın, özünü dost kimi qələmə verən hiyləgərin əlində marionetkaya çevrilməyin. Peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun. Qız - maraqlarınızı müdafiə etmək asan olmasa da, qətiyyətli və iradəli olun. Əks təqdirdə ciddi problemlər yaranacaq. Sizə təsir etmək, manipulyasiyaya əl atmaq istəyənlər var. Tərəzi - özünüzlə müqayisədə başqalarına daha tələbkar olmayın, dostlar və yaxınlarla münasibətlərdə problemlər yaratmayın. Evdə ailə üzvləri ilə dil tapmaq çətinləşir. Əqrəb - istənilən formalı şübhəli anlaşma və sövdələşmələrdən uzaq durun. Başqalarına görə məsuliyyəti boynunuza götürməli, səhvlərin nəticələrini aradan qaldırmalı olacaqsınız. Oxatan - sari işlərdən bəzilərini etibar etdiyiniz insana tapşıra bilərsiniz. İmkan varsa, birgə fəaliyyətə üstünlük verin. Maliyyə işlərində risk etməyin. Oğlaq - ehtiyatlı və səbrli olun. Təmkinlə davranmasanız, heç nəyə nail ola bilməyəcəksiniz. İşgüzar fəallıq səviyyəsi aşağıdır. Yeni layihələrə başlamaq üçün əlverişli gün deyil. Dolça - ekstravaqant təsir bağışlamağa can atmayın. Günün ikinci yarısında hüquqi məsələləri həll etmək, məhkəməyə şikayət etmək sərfəli deyil. Yaxınlarınızdan biri ilə əldə edilmiş razılığı unutmaq, birgə layihənin təfərrüatlarını yaddan çıxarmaq təhlükəsi var. Balıqlar - önəmli sənədlər imzalamaq, uzunmüddətli anlaşmalara varmaq məsləhət deyil. İşgüzar təmaslarda həddən artıq diqqətli və sərvaxt olun. Mühüm danışıqlarla görüşlərdə səlis davranın, formal şərtlərə riayət edin.(milli.az)
Günün qoroskopu: ekstravaqant təsir bağışlamağa can atmayın



Günün qoroskopu: başladığınız işlərdə mükəmməliyə can atın
Günün qoroskopu: Sövdələşmək, əməkdaşlıqla bağlı sənəd imzalamaq olar
Günün qoroskopu: intuisiyanıza güvənsəniz, yaxşı və uğurlu gün olacaq
Günün qoroskopu: müsbət təmayüllərin təsiri güclənəcək
Günün qoroskopu: işləri qaydaya salın
Günün qoroskopu: Saatlarınızı məhsuldar keçirməyə çalışın
Günün qoroskopu: Ünsiyyət sizi sevindirəcək
Günün qoroskopu: sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının
Günün qoroskopu: Ailənizdə kiçik fikir ayrılıqları mümkündür
Günün qoroskopu: Test və ya söhbətlərdə bacarıqlarınızı aşkarlamağa çalışın
Günün qoroskopu: Yaranan imkanlardan bəhrələnin
Günün qoroskopu: qətiyyətli olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 