Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Nicat Əliyev dörd il azadlıqdan məhrum edilib.
Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.
ONN media gununsesi.info-ya istinadən xəbər verir ki, baş leytenant oğurluqda təqsirləndirilir. 27 yaşlı Nicat Əliyev Bakıdakı bir çox evlərdən, obyektlərdən oğurluq ittihamı ilə məhkəmə qarşısına daha beş nəfərlə birlikdə çıxarılıb. Digər təqsirləndirilən şəxslərdən Orxan Quliyev 5 il, Təhməz Əsgərov, Rişan Bayramov və Camal Heydərovun hər biri 4 il, Cavid İsazadə isə 1 il 6 ay azadlıqdan məhrum edilib. Cavid İsazadə oğurluqda yox, qarət olunmuş əşyaları almaqda təqsirləndirilir. O, istintaq və məhkəmə dövründə ev dustaqlığında olub. Martın 5-də hökmün elanından sonra məhkəmə zalında həbs edilib.
Təqsirləndirilənlər arasında FHN əməkdaşı olduğu kimi, zərərçəkmişlər arasında da dövlət qulluqçuları var. Məsələn, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanmış Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində bölmə rəisidir.
Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlanmış Mərahim Ələkbərov "Azəravtoyol” ASC-nin Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, mənzilindən 2 min 500 manat dəyərində məişət avadanlıqları qarət olunmuş Mübariz Qəhrəmanov isə "Tirmə” firmasının direktorudur. Heydər Əliyev adına liseydə ingilis dilini tədris edən Ayna Sadıqovanın evindən 21 min 343 manatlıq, "Azəriqazbank”ın əməkdaşı Azad Əliyevin evindən isə 12 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Təqsirləndirilən baş leytenant istintaqa ifadəsində özünü qismən təqsirli bilib. Müəyyən oğurluq epizodlarında iştirakını təsdiqləsə də, oğurlanmış pulun miqdarı və əşyaların dəyəri məsələsində razılaşmır. Onun sözlərinə görə, pulların məbləği və əşyaların dəyəri çox şişirdilib.



Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edilib
Nazpərinin evindən oğurluq edənlərə CƏZA VERİLDİ
Bakıda keçmiş polis əməkdaşının qızından ŞOK CİNAYƏT - HƏBS EDİLDİ
Brilliant Dadaşovanın bacısı oğlu həbs olundu
Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında HƏBS EDİLDİ
"Azərsu"ASC-nin sabiq əməkdaşına AĞIR CƏZA VERİLDİ
Nikosayağı-ya 6 il həbs verilə bilər?
Marketdə satıcının başına rezin dəyənəklə vurdu, sonra isə...
“Qoca” ilə birgə qaçan məhbusa hökm oxundu - 19 il həbs
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Bakıda yaşlı qadına qarşı CİNAYƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 