Rusiyanın Krasnodar bölgəsində dəhşətli cinayət hadisəsi olub.
ONN media xəbər verir ki, 32 yaşlı azərbaycanlı Aqşin Hüseynov 26 yaşlı sevgilsi Viktoriya Makarovanı xüsusi amansızlıqla qətlə yetirib və həmin anları sosial media hesabından açdığın canlı yayımda nümayiş etdirib.
Bundan sonra qızın 9 yaşlı qardaşına qarşı zorakılıq hərəkətləri edib.
Roza Lüksemburq küçəsində kirayə mənzildə yaşayan A.Hüseynov 10 dekabrda günortadan sonra sevgilisinin ona xəyanət etdiyini öyrənib və birgə yaşadıqları mənzil gələrək onun başına çoxsaylı ölümcül zərbələr endirib. Qadın öldükdən sonra cəsədi tualetə aparıb və onun fonunda 9 dəqiqəlik video çəkib. İzləyicilərinə sevgilisini qəzəbli bir şəkildə öldürdüyünü etiraf edib, daha sonra qızın azyaşlı qardaşını şikəst edib öldürmək, sonra da intihar planlarından danışıb.
Cinayətkar bundan sonra Kurqaninski rayonunun Novoalekseyevskaya kəndinə gedib və orada qızın kiçik qardaşını öldürüb. Bu müddət 30 dəqiqə çəkib. Bu zaman ərzində heç kim oğlanın yaxınlarına onun ölüm təhlükəsi ilə üzləşdiyini xəbərdar etməyib. Daha sonra sosial şəbəkələrdə işgəncə verilən bir uşağın dəhşətli görüntüləri yayılıb. "Komsomolskaya Pravda - Kuban" qəzetinin əldə etdiyi məlumata görə, hadisə zamanı azyaşlı yatmış vəziyyətdə, anası isə işdə olub.
Qətlə yetirilən Viktoriyanın dostlarının dediyinə görə, azyaşlı bacısının başqa bir oğlanla görüşməsini bilə bilərdi, amma bu barədə Aqşin Hüseynova danışmazdı.
Daha sonra A.Hüseynov videoda vəd etdiyi kimi dənizə gedib. Orada onun tərk etdiyi maşın tapılıb. Sürücünün özünə nə olduğu məlum deyil.
Viktoriyanın əmisioğlu cütlüyün 3 il əvvəl sosial şəbəkədə tanış olduğunu, ötən il Aqşinin Viktoriyaya evlənmə təklifi etdiyini bildirib. Toy 2020-ci ilin sentyabrında planlaşdırılsa da, baş tutmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



DƏHŞƏTLİ CİNAYƏT: Azərbaycanlı kişi arvadını öldürdü sonra isə...
Oğlan sevgilisini kabellə boğub öldürdü - DƏHŞƏTLİ OLAY
DƏHŞƏTLİ QƏTL - 10-cu sinif şagirdi bir ailəni qətlə yetirdi sonra isə...
Azərbaycanda 19 yaşlı sevgilisini öldürən oğlandan ŞOK SÖZLƏR - TƏFƏRRÜAT MƏLUM OLDU
Rusiyada azəbaycanlını amansızlıqla öldürən qatil tutuldu – Dəhşətli cinayətin SƏBƏBİ İSƏ…
Ukraynalı qadın azərbaycanlı sevgilisini bıçaqladı
Keçmiş həyat yoldaşının sevgilisini öldürdü
Azərbaycanda elçilikdən sonra DƏHŞƏT YAŞANDI: Özünü güllələyərək öldürdü - TƏFƏRRÜAT
DƏHŞƏTLİ HADİSƏ: Sevgilisini benzinlə YANDIRDI
Gecə saatlarında 13 yaşlı qız tapıldı və...
Əhmədlə bağlı daha bir iddia
Təcavüzə məruz qalan 11 yaşlı qız başına gələnləri DANIŞDI: Mənə dərman verib...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 