Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Bakı şəhəri ərazisində keçiriləcək bayram tədbirləri açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyi paytaxt sakinlərini və şəhərimizin qonaqlarını keçiriləcək tədbirə dəvət edib.
ONN media Mədəniyyət və Turizm Nazirliyinə istinadən Novruz bayramı ərəfəsində Bakı şəhəri ərazisində keçiriləcək tədbirlər haqqında məlumatları təqdim edir:
Mart ayının 19-da Beynəlxalq Novruz gününə həsr olunmuş ümümxalq şənliyi keçiriləcək. İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.
Ayın 20-26-ı ərəfəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Novruz Bayramı festivalı keçiriləcək. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçiriləcək festivalda Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri də iştirak edirlər. Festival çərçivəsində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı" təşkil olunur. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi "Meydan Bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənir.
Novruz bayramı günü, yəni mart ayının 20-21-də isə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində daha bir Novruz Bayramı festivalı keçiriləcək. "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək.
Nəhayət mart ayının 20-26-da Fəvvarələr Meydanında Novruz Festivalı baş tutacaq. Novruz Festivalı çərçivəsində 7 gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakıyla Fəvvarələr Meydanında konsert proqramı təqdim ediləcək. Sənətkarlar öz əl işlərini nümayiş edəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.



İçərişəhərdə Novruz bayramı keçiriləcək
Bu tarixdə Bakıda Novruz şənliyi keçiriləcək
Novruz bayramı ilə bağlı möhtəşəm konsert proqramları keçiriləcək
Metroda Novruz şənliyi keçirildi
Latviyada Novruz şənliyi keçirildi
Novruz bayramında neçə gün iş olmayacaq?
İlham Əliyev və xanımı Novruz şənliyində
Cocuq Mərcanlıda Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək
Azərbaycanda Novruz tətili başladı
Novruz bayramında ƏFV OLACAQ - Komissiya iclaslara başlayır
Gələn ay neçə gün iş olmayacaq?
Prezident Kosa və Keçəllə yumurta döyüşdürdü- VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 