ONN media xəbər verir ki, Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
16 km uzunluğa malik yol IV texniki dərəcəyə uyğun 6 metr hərəkət hissə və 2 metr çiyinlər də daxil 10 metr enində tikilir. Bunun üçün hazırda ərazidə 190 min kubmetr həcmdə torpaq işləri görülür, yararlı çınqıl materialı tökülərək kipləşdirilir və yeni yol yatağı inşa olunur.
Torpaq işlərindən əlavə yol boyu yeni suötürücü dəmir-beton boruların tikintisinə də ehtiyac var. Bu məqsədlə 5 nöqtədə dairəvi boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi işləri aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq, yol yatağı hazır olandan sonra çınqıl-qum və qırmadaş-qum qarışıqlarından istifadə olunmaqla normativ qalınlıqda əsasın tikintisi aparılacaq. Daha sonra asfaltlanma işlərinə başlanılacaq ki, bu zaman müvafiq olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 96 min kvadratmetr sahə asfaltlanacaq.
Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı ( km göstərici, xəbərdaredici, üstünlük bildirici, informasiya göstərici və s.), həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 km uzunluğunda xətlənmə işləri aparılacaq.
Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq.



Qusar-Qayakənd-Avaran-Xürəl yolu yenidən qurulur
Kürdəmirdə bu yol yenidən qurulur
Bu rayonlarda kənd yolları yenidən qurulur
Bu avtomobil yolu yenidən qurulur
Laçın yolundan yeni FOTOLAR
Bu yol yenidən qurulur
Xudafərin- Laçın yolunun tikintisi sürətləndirildi
Bu yol yenidən qurulur
Bu kəndlərə gedən yol yenidən qurulur
Bu yol yenidən qurulur
Ağcabədidə 18 km uzunluğunda yol yenidən qurulur
18 min əhaliyə ŞAD XƏBƏR - Bu yol...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 