Martın 19-da Bakıda keçiriləcək Novruz şənliklərində təhlükəsizliyin təmin olunması məqsədilə bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.
ONN media xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib.
Şöbə rəisi deyib ki, həmin gün səhər saat 8:00-dan 13:00-dək paytaxtın Azneft dairəsindən Neftçilər prospekti istiqamətində dənizkənarı bulvar boyu kəsişən və paralel küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.
Bundan başqa, İçərişəhərdən başlayaraq Qız qalası istiqamətində və dənizkənarı bulvarda keçiriləcək bayran tədbirlərinə qatılan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 14-cü kilometr, 20-ci sahə dairəsi və bayraq meydanı istiqamətindən avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
V.Əsədov tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib:
"Ümumiyyətlə bayram şənliklərinə gələnlər unutmasınlar ki, Neftçilər prospekti boyunca "Formula 1” yarışının keçirilməsi ilə əlaqədar olaraq qoyulmuş beton maneələr olduğu üçün həmin ərazidə avtomobillər park edilərsə yolda daralma olacaq və hərəkətə maneə yaradacaq. Bunu nəzərə alaraq tədbirə şəxsi avtomobilləri ilə gələn vətəndaşlar Azadlıq meydanındakı yeraltı dayanacaqdan istifadə etsinlər”.



Martın 19-da Bakıda bu yollar bağlı olacaq –Yol polisindən xəbərdarlıq
DİQQƏT: Bakının bu yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
Sabah Bakıda bu küçələr bağlı olacaq - SİYAHI
DİQQƏT: Sabah Bakıda bir sıra yollar bağlanacaq
“Bakı Marafonu” ilə bağlı bu yollar bağlanacaq - SİYAHI
Bu gecə yollar bağlanır - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
Sabah bu yollar bağlanacaq
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
Sabah bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ
Sabah bu yollar bağlı olacaq
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
Sabah Bakıda bu küçə və prospektlər bağlı olacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 