Bakı metrosuna gətiriləcək yeni qatarlarda mobil telefonları enerji ilə doldurmaq mümkün olacaq.
ONN media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, hər bir vaqonda mobil telefon və planşetləri enerji ilə doldurmaq üçün xüsusi yerlər olacaq: "Təsəvvür eləyirsiniz, hər vaqonda, qatarda yox ha, hər bir vaqonda 16 ədəd USB portu var. Orada telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz. Bundan sonra vaqona minən kimi "qaqaş, bu telefonu tax da ora" söhbəti başlayacaq. Təbii ki, ən qısa müddətdə qırmasaq..."
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Metrovaqonmaş" MMC şirkəti arasında "81-765/766" modelli beşvaqonlu qatarların Bakıya tədarükü ilə bağlı müqavilə imzalanıb.



Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Bakı metrosunda OLAY: ana qızını...
Bakı Metropolitenində daha bir yeni qatar
Bakı metrosunda OLAY - Yeni qatars...
Bakı metrosunda koronavirusla bağlı yenilik
Bakı metrosuna yeni vaqonlar gətiriləcək - Bu tarixdə
Bakı metrosu yeni qatarlar alır
Yeni qatarlar nə vaxt istifadəyə veriləcək?
Bakı Metropoliteni yeni qatarlar alır
Bakıya iki yeni metro qatarı gətirildi
Bakı metrosunda DƏHŞƏT
Bakı metrosunda gediş haqqı ilə bağlı YENİLİK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 