Azərbaycanda işsizliklə bağlı vakansiya bankı yaradılır.
ONN media-nın APA-ya istinadən məlumatına görə, bu, yenidən hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsinin 7-ci maddəsində (Vakansiya bankının yaradılması) əks olunub.
Maddəyə görə, vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə həmin sistemə daxil etdikləri məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
Elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.
Vakansiya bankının yaradılmasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi fəaliyyətinə lisenziyası olan və müvafiq icra hakimiyyəti orqanı ilə elektron qaydada informasiya mübadiləsinə dair razılaşması olan hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarından istifadə edilə bilər.
Maddədə o da deyilir ki, məlumatları nəzərdə tutulmuş müddətdə elektron informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.



İş axtaranların NƏZƏRİNƏ! Aylıq maaşı 250-9500 manat arası vakansiyalar var
Sürücülük vəsiqəsi ilə bağlı yenilik
Azərbaycanda Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılır - FƏRMAN
İşsizlərin nəzərinə! Boş iş yerləri açıqlandı - 5000 AZN maaş
Nazirlikdən işaxtaranlara YENİLİK
Azərbaycanda yeni sistem yaradılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başlayır
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
MİQ-də II tur başlayır - Müddətli müqavilə ilə vakansiya
Pensiyaçıların NƏZƏRİNƏ: Qanunvericiliyə dəyişiklik edilir
Yerdəyişmə etmək istəyən müəllimlərin NƏZƏRİNƏ
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 