ONN media xəbər verir ki, Azərbaycan Mətbuat Şurası bu gün keçirilən Prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.
Mətbuat Şurasından verilən məlumata görə, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar.
Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional kütləvi informasiya vasitələrinin əməkdaşları da cəlb olunub.
Monitorinqin 125 seçki dairəsinin mütləq əksəriyyətini əhatə etməsi nəzərdə tutulub.
Şuranın İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyəcəklər.
Bundan başqa, Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri bu gün "qaynar xətt” rejimində fəaliyyət göstərəcək.
Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə məlumat verə biləcəklər.
Mətbuat Şurası seçki günü Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək.
Şura jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq.



Azərbaycan Mətbuat Şurası KİV nümayəndələrinə müraciət etdi
Azərbaycan jurnalistlərinin VII qurultayının proqramı açıqlandı
Jurnalistlərin 7-ci qurultayı öz işinə başlayır
MEDİA seçkilərlə bağlı açıqlama yaydı
Jurnalistlərin VII Qurultayı başa çatdı
Bu gün jurnalistlərin VIII qurultayı keçiriləcək
Mətbuat Şurasının fəaliyyətində yeniliklər olacaq
215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək
Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib
Əflatun Amaşov növbəti dəfə Mətbuat Şurasının sədri seçildi
Mətbuat Şurasının Nizamnaməsi dəyişildi
Mətbuat Şurasının yubileyi qeyd olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 