Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 14-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.
ONN media xəbər verir ki, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək:
"Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".
Qeyd edək ki, Milli Şura aprelin 14-də keçmiş "Məhsul" stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
BŞİH Milli Şuranın müraciətinə müsbət cavab verib.



BŞİH Milli Şuranın mitinqinə icazə verdi
Milli Şuranın mitinqinə İCAZƏ VERİLDİ
İki qurum eyni gün və eyni saata mitinq elan etdi
Meriya mitinqə razılıq verdi
Milli Şura mitinqin keçirilməsindən imtina edib
Bakı polisindən mitinq iştirakçılarına XƏBƏRDARLIQ
Milli Şuranın 2 mart mitinqinə icazə verilmədi - Rəsmi
Milli Şuranın mitinqinə icazə verilmədi
BŞİH-dən mitinqlə bağlı açıqlama
BŞİH-dən mitinqlə bağlı növbəti müraciətə CAVAB
Bakıda mitinq təyin edildi
BŞİH mitinqlə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 