Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanova qətlə yetirilib.
ONN media xəbər verir ki, aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Qeyd edək ki, Ləman Qurbanova şəhid Saleh Qurbanovun həyat yoldaşı olub.
“Astar” kanalı Ləman Qurbanovanın qətlə yetirildiyi Xızı rayonundan xüsusi reportaj hazırlayıb. L.Qurbanovanın valideynləri və Taleh Qurbanovun atası hadisə barədə fikirlərini bildiriblər.
Mərhumun anası Yeganə Məlikova bildirib ki, qızı şəhid ərindən qalan pensiya kartına görə qətlə yetirilib:
“Qorxu içində idik ki, qızımın üzərinə bıçaq çəkmişdi. Taleh Qurbanov hadisədən əvvəl hədələmişdi ki, onu öldürəcək. Səbəb pul idi. Ləmanın şəhid yoldaşı kapitan olduğu üçün 2 min manatdan çox pensiya alırdı. Qızım evdən çıxanda kartlarını və qızıllarını götürüb çıxmışdı. Bu aprelin 15-i baş vermişdi. Baldızı hər dəfə onunla danışanda deyirdi ki, qardaşının haqqı olan kartı onda qoymayacaqlar. Kartları əlindən alacaqlarını demişdi.// Publika.az



Bakıda dəhşətli cinayət - 23 yaşlı gəlinin meyiti tapıldı
Bakıda dəhşətli qətl: Nəvə nənəsini qətlə yetirib
Abşeronda ər arvadını qətlə yetirib
Bakıda qətl: 40 yaşlı kişini tanışı öldürdü
Prokurorluq stilistin qətli barədə MƏLUMAT YAYDI
Tərtərdə ər arvadını qətlə yetirdi
Bakıdakı dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda 22 yaşlı qadını əri öldürdü
DƏHŞƏTLİ QƏTL- Kişi yoldaşını öldürdü
Füzulidə qətl: İş yoldaşı 30 yaşlı kişini öldürdü
Sumqayıtda cinayət: qadını boğaraq öldürdü
Abşeronda dəhşətli qətl: Ata oğlunu öldürdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 