Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını yenidən çətinləşdirib.
ONN media xəbər verir ki, axtarışlarda iştirak edən alpinistlər açıqlamasında bildiriblər ki, axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır:
"Aprelin 15-də Xınalığa 40 santimetr qar yağıb. Bu da alpinistlərin axtarışlarını bir az da çətinləşdirib. Amma buna baxmayaraq, axtarışlar davam etdirilir. Axtarışlara könüllülər yenidən qoşulublar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, könüllülər axtarışları davam etdirir".
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.



İtkin alpinistlərlə bağlı – Üzücü xəbər
Alpinistlərin axtarışları Mahmuddərədə davam etdirilir
Alpinistlərlə bağlı yeni xəbər
Bu gün itkin düşən alpinistin ad günüdür
Qubada alpinistlərin axtarışları çətinləşdi
İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu
İtkin düşən alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA
Bir qrup jurnalist Xınalığa yollandı - alpinistlərin axtarışını izləmək üçün
Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı
İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA
Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir
Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 