“Son 15 il ərzində ulu öndərin yolu ilə gedərək çox böyük uğurlara imza atdıq. Bu illər ərzində dünyanın demək olar ki, bütün bölgələrində çox təhlükəli proseslər baş verirdi. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri.... Azərbaycan xalqı isə təhlükəsizlik şəraitində yaşayıb. Biz daxili risklərin hamısını aradan qaldırdıq. Xarici risklərdən isə özümüzü qoruya bilmişik. Əminəm ki, bundan sonra da qoruya biləcəyik”.
ONN media xəbər verir ki, bu sözləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib:
"Azərbaycan xalqı bu 15 ildə sabitlik şəraitində yaşayıb. Sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir. Azərbaycan dünya miqyasında bu gün sabitlik adası kimi tanınır. Bu, bizim nailiyyətimizidir.
Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı.
Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”.



15 il öncə xalqa bunu vəd etdim: fəxr edirəm ki... - Prezident
İlham Əliyev quru sərhədlərimizin bağlı olmasından DANIŞDI
Biz bu illər ərzində güc toplayırdıq - İlham Əliyev
Bu il ölkəmiz üçün uğurlu il oldu - İlham Əliyev
İlham Əliyev ELAN ETDİ: Erməni xalqı da belə yaşayacaq
Böyük uğurlara imza atdıq – İlham Əliyev
İlham Əliyev: Onlar öz arzularına çatmayacaqlar
İlham Əliyev: İslahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir
İlham Əliyev gənclərə səsləndi
Mehriban Əliyeva: Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınır
"Biz sadəcə maraqla izləyirik"- İlham Əliyev
Dövlət başçısı: "Biz müsəlman aləmində birinci, Avropada ikinciyik"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 