Qızılca ilə bağlı Bakı məktəblərindən heç biri bağlanmayıb.
ONN media xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qeyd olunub ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinin kütləvi yayılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məlumat daxil olmayıb:
"Tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Kütləvi yoluxma halı baş verdikdə məktəbin bağlanması ilə bağlı qərarı Gigiyena və Epidemiologiya Mərkəzi verir. Buna baxmayaraq ənənəvi olaraq məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Məktəblərdəki tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir".
Vurğulanıb ki, səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir:
"Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil".



Bakı məktəblərində dezinfeksiya işlərinə başlanıldı
Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - RƏSMİ AÇIQLAMA
Bu məktəbin ibtidai sinifləri distant tədrisə keçdi
Bakıda bu məktəbdə əyani tədris dayandırıldı
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda 5 müəllim və 1 uşaqda COVID-19 aşkarlandı
Bakıda bu məktəblər 6 günlük qrafikə keçdi
Məktəblərdə Müəllimlər Günü ilə bağlı pul yığılır? - Nazirlikdən açıqlama
Məktəblərdə davamiyyət niyə aşağıdır?
Bakı məktəblərində monitorinqlər aparılır
Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib
Şagirdi döyən məktəb direktoru ilə bağlı araşdımalara başlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 