Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb.
ONN media xəbər verir ki, təqdim olunan xəritədə gələcək xətlərin sxemi əks olunub. Ən uzunu Bakı buxtasının sahili ilə – Bibiheybət qəsəbəsindən başlayaraq Mikayıl Useynov, Neftçilər və 8 Noyabr prospektləri ilə Əhmədli kəndi istiqamətində getməlidir.
Həmçinin metronun “İçərişəhər” və “28 May” stansiyaları ərazisindən Azadlıq prospekti boyunca və Binəqədi kəndi istiqamətində uzadılmış tramvay xətti çəkilməlidir.
Daha bir xətt Xətai prospektindən Tofiq Bəhramov adına stadiona və metronun “Gənclik” stansiyasına, ardınca Atatürk prospekti ilə metronun “Azadlıq prospekti” stansiyasına qədər çəkilməlidir.
Ən uzun xətlərdən biri metronun “Dərnəgül” stansiyasından Ziya Bünyadov, Heydər Əliyev və Babək prospektlərindən, NZS qəsəbəsi və Bakının Ağ Şəhər ərazisindən keçərək metronun “28 May” stansiyasına qədər olandır.
Qeyd edək ki, Bakıda tramvay xətlərinin çəkilməsinin konkret tarixləri və marşrutları məsələsi hələ dövlət səviyyəsində dəqiqləşdirilməyib, bununla bağlı müxtəlif müzakirələr aparılır.



Paytaxt küçələrində son durum necədir?
DİQQƏT- Bu küçələrdə sıxlıq var
Bakının bu yollarında tıxac var- Siyahı
DİQQƏT- Bu yollarda tıxac var
Bakının bu küçələrində sıxlıq var- Siyahı
DİQQƏT- Bu yollarda tıxac var
Bakı küçələrində son durum necədir?
Paytaxtın hansı küçələrində sıxlıq var?
Paytaxt yollarında son durum necədir?
Bakının hansı küçələrində sıxlıq var?
DİQQƏT- Bu yollarda tıxac var
DİQQƏT- Bu yollarda tıxac var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 