Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Səfər Mehdiyev Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov tərəfindən kollektivə təqdim edilib.
ONN media AZƏRTAC-a istinadən bildirir ki, Əli Əsədov Səfər Mehdiyevin həyat yolu barədə məlumat verib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş davamlı iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasında mühüm rol oynayan gömrük orqanlarının fəaliyyətindən danışıb.
Prezidentin köməkçisi bildirib ki, son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də həyata keçirilən mütərəqqi islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Əli Əsədov ölkəmizdə gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edib və verilən tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısı tərəfindən gömrük orqanları qarşısında qoyulan vəzifə və tapşırıqların uğurla icra olunacağını vurğulayıb.



Səfər Mehdiyev Serbiya səfiri ilə görüşdü
DGK sədri Bəxtiyar Aslanbəyli ilə görüşdü
"Xanoba" gömrük postunda tikinti işləri davam etdirilir
Azərbaycanda general işdən çıxarıldı
Bakı gömrüyünün sədri işdən çıxarıldı - Təcili
Gömrükçülər külli miqdarda heroin aşkar etdi
Səfər Mehdiyev polisi belə təhqir etdi- Video
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Generaldan yeni TƏYİNAT
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanda gömrük rüsumları dəyişəcək
Səfər Mehdiyev məhkəməyə verildi- SƏBƏB NƏDİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 