Bəzi universitet məzunları ali təhsilli olmalarına baxmayaraq, mağazalarda satıcı işləyirlər.
Məzunların məşğulluq reytinqinə görə, 2018-2021-ci illərdə ölkənin 11 aparıcı ali təhsil müəssisəsindən məzun olanların ən çox işə qəbul olunduğu 10 müəssisədən 5-i market və məişət əşyaları satan şəbəkələrdir.
Baxmayaraq ki, bu sahədə elan olunan vakansiyalarda əsasən orta təhsil tələb edilir. Bəs universitet məzunlarını belə işlərdə çalışmağa nə vadar edir?
İqtisadçı Eyyub Kərimli bildirib ki, beynəlxalq təcrübədə, həmçinin ölkəmizdə baş verən iqtisadi proseslərdən dolayı hazırda əmək bazarında çox ciddi rəqabət formalaşıb:
“Belə ki, bəzən hansısa işə düzəlmək üçün universitet diplomu yetərli olmur. Əlavə bilik və bacarıqların olması tələb olunur. Bu baxımdan əgər insan yalnız universitetdə oxuyub və ixtisasına uyğun biliklərə tam yiyələnməyibsə, işə düzəlməkdə müəyyən çətinliklərlə üzləşəcək”.
Təhsil eksperti Kamran Əsədov isə deyib ki, peşə təhsilli şəxslərin daha çox hissəsi ixtisasları üzrə işləyirlər. Ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrini bitirənlərlə bağlı isə mənzərə fərqlidir. Onların cəmi 42 faizi ixtisasları üzrə iş tapa bilir. Ekspertin sözlərinə görə, abituriyentlər topladıqları ballara uyğun ixtisas seçdikləri üçün müəyyən sahələrdə təhsil alanların iş tapması bəzən mümkünsüz olur.
Odur ki, ixtisas seçərkən əmək bazarının təhlil edilməsi çox vacibdir



Qarabağda smart və rəqəmsal universitetlər?
Universitet tələbələrini işlə təmin edir
Tələbələr universiteti rahat dəyişə bilməlidir - Ekspert
Azərbaycan-Türkiyə birgə universiteti YARADILIR
Laçında da yeni universitet inşa ediləcək
Bu universitetdə maaşlar artırıldı
Bu müəllimlərin yeni maaşları TƏSDİQLƏNDİ
Azərbaycanda bu tələbələrin köçürülməsinə yol verilmir
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Qarabağda universitetlər tikilir- Haradan başlayacaq?
Azərbaycanda 40 məktəbli qız abort olundu — ŞOK STATİSTİKA
Türkiyədə universitetlərdə ənənəvi təhsil bərpa olunur
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 