Mitinq, küçə yürüşləri və digər aksiyalara görə qadağaları pozanlara yeni cəzalar tətbiq olunur
Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir.
ONN media APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub.
Layihəyə görə, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər isə 600 manatdan 900 manata qədər cərimələnir, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası alır.
Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl iclaslarından birində müzakirəyə çıxarılacaq.



Bu qaydanı pozanlar 3 min cərimə oluna bilər
Karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır
Prezident MM-ə əkin yerlərinin yandırılmasına görə cəza nəzərdə tutan layihə təqdim etdi
Televiziya və radiolar tibbi xidmət reklamına görə 8 min manat cərimələnə bilər
Koronavirusla bağlı cərimələr təsdiqləndi – MƏBLƏĞ
Prezident cərimələrlə bağlı yeni qərar imzaladı
Milli Məclis bu gün cərimələri qaldıracaq
Toylara bu qurumlar nəzarət edəcək
DİQQƏT- 100 azn cərimələnəcəksiniz
Sabahdan qazın istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq
Məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəzalar sərtləşdirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 