ONN media xəbər verir ki, polis əməkdaşının fədakar xidməti vətəndaşlarda qürur hissi yaradır.
Hüquq müdafiəçisi Mobil Vəkiloğlu bildirir ki, axşam saatlarında Maştağa kəndinə gedən avtobusda olduqca qürurverici bir mənzərə ilə üzləşib: “Zabrat 1” yaşayış masssivində iki kişi avtobusa mindi. Onların sərxoş olduqları hiss olunurdu. Bir qədər sonra onlar bir-biri ilə ucadan, nalayiq ifadələrlə danışmağa, salonda əyləşənlərə söz atmağa başladılar. Avtobusda olan polis əməkdaşı dərhal onlara yaxınlaşaraq nəzakətlə ictimai davranış qaydalarına riayət etməyə dəvət edib. Onlar isə əksinə - polisin bu xahişinə məhəl belə qoymayıblar. İctimai nəqliyyatda, sərnişinlərə qarşı açıq hörmətsizliyi görən polis əməkdaşı onlardan avtobusdan düşmələrini rica edib. Bu zaman onlar polisə müqavimət göstərməyə başlayıblar. Polis məcbur olub onların hər ikisini ən yaxın dayanacaqda avtobusdan düşürüb.
İctimai nəqliyyatda asayişi təmin edən polis əməkdaşının bu addımı avtobusdakı sərnişinlərin üzündə təbəssüm və qürur hissi yaratdı”.
Həmin polis nəfəri DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Mübariz Seyidovdur.
İş yerindən bildirdilər ki, M.Seyidov gənc əməkdaşdır. 2011-ci ildən sıralarımızda xidmət edir. Yaxşı idmançıdır və ən başlıcası nizam-intizamlı əməkdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.



Bakıda insident: Vətəndaş polisi vurdu
İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi
Asayişi pozan şəxs tərksilah edildi
Daha bir polis qətlə yetirildi- SƏRT REAKSİYA
Azərbaycanda polis güllələndi
Azərbaycanda polis özünü güllələyərək öldürüb
Ermənistan polisi qadına qarşı elə birşey etdi ki...- BİYABIRÇILIQ
Azərbaycanda polis həyatı ilə risk etdi… - VİDEO
Polisdən BÖYÜK FƏDAKARLIQ: dənizdə batan şəxsi xilas edərkən həyatını itirdi
Bakıda BİABIRÇILIQ: 2 tələbə qız oğlan üstündə SAÇYOLDUYA ÇIXDI
Nəqliyyatda Baş Polis İdarəsinə xidmətə mülki işçi tələb edilir
Ard-arda iki PARTLAYIŞ: 5 polis öldü, 4-ü xəsarət aldı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 