Son vaxtlar siyasi məqsədlərlə polisin gözdən salınması, ictimaiyyət arasında ona qarşı nifrət aşılanması, polisə müqavimət göstərilməsi istiqamətində xaricdən aparılan sistemli iş daha da gücləndirilib. Bu vəziyyət cinayətkarların polisə müqavimət göstrəməsi hallarının artmasına təsir edir.
ONN media xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gecəyarısı daha bir polisin cinayətkar tərəfindən qətlə yetirilməsi ilə bağlı qeyd edib.
O bildirib ki, siyasi partiyalar, media, qeyri-hökumət təşkilatları polisə ciddi ictimai dəstək verməlidirlər:
“Düşünürəm, polis əməkdaşları da öz fəaliyyətlərində bunu nəzərə almalıdırlar. Hava isti olsa da, onlar qoruyucu gödəkçələr geyinməli, üzərlərində silah, radioəlaqə, qandal olmalı, tək gəzməməli, kömək gələnə qədər silahlı olan və müqavimət göstərə biləcək şəxsi həbs etməyə cəhd etməməlidirlər. İnsan həyatı hər şeydən dəyərlidir. Vətəndaşlarımız da zəruri müdafiə halları istisna olmaqla, cinayət törətmiş silahlı şəxsləri saxlamağa, zərəsizləşdirməyə səy göstərməməli, polis çağırmalıdırlar. Hesab edirəm, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməli, polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir”.
Qeyd edək ki, ötən gün gecəyarısı paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Səlahəddin oğlu Məmmədov polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib. Nəticədə polis kapitanı Fəxrəddin Nəsirov cinayətkarı yaxalasa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
24 iyunda isə dələduzluqla axtarışda olan Rövşən Allahverdiyev 3 polis əməkdaşını qətlə yetirmişdi.



SƏRT QƏRAR VERİLDİ: Kim polisə müqavimət göstərsə...
Polisə müqavimət göstərən şəxs QƏTLƏ YETİRİLDİ
Polislərin qətli ilə bağlı daha bir ŞOK FAKT
Bakıda polislə cinayətkar arasında atışma — Ölən var
SON DƏQİQƏ: Əli Kərimli həbs olundu
Polisə müqavimət göstərən şəxsə atəş açıldı
Bakıda insident: Vətəndaş polisi vurdu
Əli Kərimli azad olundu? - Məhkəmədən açıqlama
Maşından polislərə 4 dəfə atəş açıldı - BAKIDA OLAY
TƏCİLİ XƏBƏR: Bakıda atışma: 3 polis, 1 mülki vətəndaş öldürüldü
Qətlə yetirilən polislərin ADLARI AÇIQLANDI
Jirinovski Azərbaycan millət vəkillərini TƏNQİD ETDİ - ŞOK SÖZLƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 