Bu gün paytaxt Bakıda sayca üçüncü Formula-1 yarışlarına start verilir.
ONN media xəbər verir ki, aprel ayının 27-dən başlayan yarışlar 29 aprel tarixinə qədər davam edəcək. Bu, sayca dördüncü olmaqla, Bakıda keçirilən 3-cü Formula-1 yarışdır.
Bugünkü yarışda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Həmçinin Bakı Şəhər Halqasında Formula-2 bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.
Formula-1-də birinci sərbəst yürüş bu gün saat 13:00 - 14:30-da, ikincisi isə 17:00 -18:30-da baş tutacaq.
Sabah saat 14:00-15: 00-da isə üçüncü sərbəst yürüş olacaq. 17:00-18:00-da isə sıralama turu, 29 aprel tarixində saat 14:40-15:10-da isə pilotların trek paradı keçiriləcək.
Azərbaycan Qran Prisinin təqvimi
27 aprel
11:00 - 11:45. “Formula 2” – Sərbəst yürüş
13:00 - 14:30. “Formula 1” – Birinci sərbəst yürüş
15:00 - 15:30. “Formula 2” – Sıralama turu
17:00 - 18:30. “Formula 1” – İkinci sərbəst yürüş
28 aprel
12:00 - 13:05. “Formula 2” – Birinci yarış (29 dövrə və ya 60 dəqiqə)
14:00 - 15:00. “Formula 1” – Üçüncü sərbəst yürüş
17:00 - 18:00. “Formula 1” – Sıralama turu
29 aprel
13:10 - 14:00. “Formula 2” – İkinci yarış (21 dövrə və ya 45 dəqiqə)
14:40 - 15:10. Pilotların paradı
15:00 - 15:25. Açılış mərasimi
15:56-15:58. Dövlət himni
16:10-18:00. “Formula 1” – Qran Pri (51 dövrə və ya 120 dəqiqə)
Yarışlar çərçivəsində şəhərdə əyləncəli tədbirlər də keçiriləcək.
Dənizkənarı Bulvar boyunca uzanan “Formula 1” Azarkeşlərin Əyləncə Zonasında dünəndən başlayaraq 29 aprelə kimi yarışı izləməyə gələnlərə əyləncələr təqdim ediləcək.
Əyləncə tədbirləri aprelin 27-28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-da saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı 27-29 apreldə axşam saatların isə Bakı Kristal Zalında dünya ulduzlarının və məşhur DJ-lərin gecəyə kimi möhtəşəm performansları olacaq.
Tamaşaçılara Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olmaq imkanı da yaradılacaq.
Yarışlar keçirildiyi 3 gün ərzində yarışda iştirak edən pilotlarla saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər.
Tamaşaçılar həmçinin Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Aprelin 28-də Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.
Bütün bilet sahibləri 27 - 29 apreldə axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər.
Konsert proqramları çərçivəsində müxtəlif günlərdə səhnəyə “Jamiroquai” qrupu, DJ Afrojack, Kristina Agilera, Axwell Λ Ingrosso, Dua Lipa və Martin Solveyq çıxacaqlar.