Parlament Bayraq, Gerb, Himn haqqında Konstitusiya qanunu layihələrini qəbul edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələri müzakirə edilib.
ONN media xəbər verir ki, "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsinə əsasən, Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri var. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənib.
"Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsinə görə Dövlət Gerbi iki palıd budağından və iki sünblüdən ibarət qövsvari çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir. Qalxanın üzərində Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.
"Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsində musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan "Azərbaycan marşı"nın Dövlət Himni kimi təsdiq edilməsi əks olunub.
Hər üç Konstitusiya qanunu layihəsi səsə qoyularaq qəbul olunub.



Dövlət Bayrağının təsviri təsdiqləndi
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir
Polis Akademiyası ilə bağlı fərman imzalandı
Deputatlar bu gün 15 məsələyə görə TOPLANIR
Milli Məclisin iclası başladı
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Milli Məclisin növbəti iclası başlayıb
Milli Məclisin növbəti plenar iclası başladı
Bu gün Milli Məclis 12 məsələni müzakirə edəcək
Milli Məclisdə 15 məsələyə baxılacaq
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 