Özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan 2023-cü ilin sentyabr ayınadək olan dövrdə Ermənistan tərəfindən həyata keçirilən təxribatlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdi.
ONN media xəbər verir ki, bunu Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Anar Eyvazov antiterror əməliyyatının uğurla başa çatmasının birinci ildönümü ilə bağlı nazirliyin saytına müsahibəsində bildirib.
“Sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak oldu və yaralandı. Ali Baş Komandanın göstərişi ilə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin bölmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı keçirildi. Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və digər legitim hərbi hədəfləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. Qanunsuz silahlı qruplaşmaların tərk-silah edilməsi və separatçı rejimin ləğvi nəticəsində Qarabağ iqtisadi rayonu üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu”, - deyə polkovnik diqqətə çatdırıb



SON DƏQİQƏ: Ordumuz antiterror əməliyyatına başladı
XİN-dən antiterror tədbirləri ilə bağlı - Məlumat
"Azərbaycan Ordusu mülki əhalini hədəfə almır" - MN
Ordumuz erməni mövqelərini darmadağın edir
XİN daha bir brifinq keçirdi
SON DƏQİQƏ: MM-dən TƏCİLİ MƏLUMAT
Azərbaycanda Anım Günüdür
Qarabağdakı erməni silahlılara çağırış: Təslim olun!
Azərbaycan XİN yaşanan son gərginliyin səbəbini açıqladı
Ermənistanın qeyri-qanuni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmayıb - MN
Blinken İlham Əliyevə zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 