Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib.
ONN media xəbər verir ki, idarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.
“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu "Komsomol dairəsi" və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”, – müraciətdə diqqətə çatdırılıb.
Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – müraciətdə vurğulanıb.
Xatırladaq ki, daha əvvəl paytaxtın İcra Hakimiyyəti Heydər Əliyev prospektindəki Bağırov körpüsünün su basdığını bildirmişdi.



Bakının bəzi küçələri bağlandı
DYP bu yollarla bağlı sürücülərə müraciət etdi
Paytaxt yollarında BÖYÜK TIXAC YARANDI
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar GECİKİR
Bu tarixlərdə şəxsi maşınlardan istifadə etməyin! - DYP
Bakıda bu yolda güclü tıxac var
DYP-dən qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə MÜRACİƏT
Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
Bakının BU KÜÇƏ və PROSPEKTLƏRİNDƏ sıxlıqdır
DYP-dan XƏBƏRDARLIQ
SON DƏQİQƏ: Bakıda bəzi ərazilərdə tıxac yaranıb - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yollarında tıxac var
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 