Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı havaların yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, bir neçə gün davam edən qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, dağlıq və dağətiyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır:
“Xüsusilə səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin sürüşmə ehtimalını dəfələrlə artırıb. Hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür”.
“Bununla yanaşı, BDYPİ bir daha sürücülərə müraciət edərək, onlardan yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir”, - müraciətdə qeyd olunub.



Yol polisindən sürücülərə müraciət
Yol polisindən hərəkət iştirakçılarına müraciət
Yol polisindən sürücülərə MÜRACİƏT
Yol polisi sürücülərə və piyadalara XƏBƏRDARLIQ ETDİ
DYP bayramla əlaqədar sürücülərə müraciət edib
DYP-dən yağışlı hava ilə bağlı xəbərdarlıq
DYP-dən qarlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
DYP bu sürücülərə müraciət etdi
DYP-dən mövcud hava ilə bağlı sürücülərə müraciət
DYP-dən sürücülərə HAVA XƏBƏRDARLIĞI
DYP bununla bağlı xəbərdarlıq etdi
DYP sürücülərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 