Azərbaycanda ən çox yağıntı oktyabrın 21-22-də aylıq normanın 306 faizi olmaqla Abşeron yarımadasına düşüb.
ONN media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O bildirib ki, oktyabr ayının ötən dövrü ərzində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 29, minimal temperaturu 10, orta aylıq temperatur isə 19 dərəcə isti qeydə alınıb. Ayın sonuna qədər bu göstəricilərin yenilənməsi istisna edilmir:
“Müqayisə üçün bildirim ki, keçən ilin analoji dövründə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, minimal temperaturu 8, orta aylıq temperatur isə 18 dərəcə isti olub".
N. Mahmudovun sözlərinə görə, oktyabr ayının ötən dövrü ərzində bölgələr üzrə maksimal temperatur Kürdəmir rayonunda 33 dərəcə isti, minimal temperatur isə Şahdağda 11 dərəcə şaxta müşahidə olunub.
O qeyd edib ki, ötən ilin oktyabrında bölgələrdə maksimal temperatur Göyçay rayonunda 34 dərəcə isti, minimal temperaturu isə Şahdağda 6 dərəcə şaxta qeydə alınıb:
“Oktyabr ayının ötən dövrü ərzində əksər bölgələrdə hava şəraiti əsasən yağmurlu keçib, bəzi günlərdə dağlıq ərazilərə qar yağması müşahidə olunub. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün maksimal hündürlüyü Qrızda və Lerikdə 17 sm qeydə alınıb. Ən çox yağıntı isə oktyabrın 21-22-də aylıq normanın 306 faizi olmaqla Abşeron yarımadasına düşüb. Yağan leysan yağışlar nəticəsində ölkə üzrə 7 sel hadisəsi qeydə alınıb”.
Xidmət rəisi qeyd edib ki, oktyabr ayının ötən dövrü ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 25 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib



Bayram günləri Bakıda hava necə olacaq?
Ölkə ərazisində yüksək temperatur qeydə alınır
Gələn həftə Bakıda və bölgələrdə hava necə olacaq? - PROQNOZ
Yanvar ayına olan hava proqnozu AÇIQLANDI
40 dərəcə isti: Neçə gün davam edəcək?
Qurban bayramı günlərində hava necə olacaq?
İsti hava ilə bağlı XƏBƏRDARLIQ
Havanın temperaturu 43 dərəcəyə çatdı
Yanvar ayının hava proqnozu açıqlandı
İsti hava nə vaxta kimi davam edəcək?
Bu ay temperatur normadan yüksək olacaq - Tağıyeva
Bakıda 34 dərəcə isti var- FAKTİKİ HAVA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 