Dövlət qurumları, özəl şirkətlər, biznes subyektləri və digər hüquqi şəxslər əsası olmadan COP29 zolaqlarından istifadə, xüsusi stikerlər və nəqliyyatın buraxılış və parklanma icazələri üçün müraciət etməməlidirlər.
ONN media xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O.Mahmudlu bildirib ki, yalnız xüsusi xidmət və tədbir avtomobillərinə, eləcə də ictimai nəqliyyat vasitələrinə bu zolaqlardan istifadə imkanı yaradılacaq:
"Noyabrın 1-dən bu zolaqlarda hərəkət üçün xüsusi avtomobillərə stikerlər və buraxılış-parklanma icazələri verilib və bu icazələr yalnız COP29 Əməliyyat Şirkəti tərəfindən təmin edilir. Digər qurumların bu məsələlərlə bağlı müraciət etməmələri xahiş olunur".
Qeyd edək ki, noyabrın 1-dən etibarən COP29-a görə 26 küçə və prospekt – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində xüsusi zolaqlar təşkil edilib və onlara daxil olmaq qadağan olunub



Rayon qeydiyyatı olan maşınlar Bakıya buraxılmayacaq?
COP29 zolaqlarına girmək qadağası qüvvəyə minir
DİQQƏT- Aprelin 27-də yollar bağlı olacaq
Bu avtobusdan istifadə edənlər MÜTLƏQ OXUYUN
DİQQƏT- Yollarda məhdudiyyət olacaq
COP29 üçün avtobus parkının 50 %-i "Yaşıl avtobus"larla təchiz olunub
Noyabrda toylara rəsmən qadağa qoyulub?
COP29 satış nöqtələrində qida ödənişli olacaq?
COP29-la bağlı bu mərkəz fəaliyyətini dayandırdı
Con Kerri Azərbaycana səfərə gəlib
COP29 aviaşirkətin fəaliyyətinə təsir göstərməyəcək
İlham Əliyev: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 