Sosial şəbəkələrdə elektrik mühərrikli avtobusda texniki problem yaranması ilə bağlı görüntülər yayılıb.
ONN media xəbər verir ki, sərnişinlər avtobusun enerji ehtiyatı qurtardığını iddia ediblər.
Elektrik mühərrikli avtobuslara nəzarət edən “Bakı Bus” şirkətindən məsələ ilə bağlı bildirilib ki, 28.11.2024-cü il tarixində, eləcə də elektrik mühərrikli avtobusların Bakı şəhərinin marşrut xətləri üzrə istismara başlanıldığı gündən etibarən, “Bakı Bus” MMC-nin “Marşrutların idarəetmə mərkəzinə” sərnişin daşınması zamanı batareyanın kifayət qədər enerji ehtiyatının olmaması ilə bağlı heç bir hal baş verməyib:
“Sosial şəbəkələrdə yayılan video görüntünü müşahidə kameralarında analiz etdikdən sonra, 28.11.2024-cü il axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğunu müəyyən etdik. Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılmış və avtobus marşrut xətti üzrə hərəkətinə davam etmişdir. Bildiririk ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur və müəyyən edilmiş marşrut xətləri üzrə gün ərzində əlavə enerji doldurulmasına ehtiyac olmadan hərəkətini davam etdirir”.



Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxıldı
Bakıda daha bir elektrik mühərrikli avtobus buraxılıb
Bakıya yeni avtobuslar gətirilir
Bakıda elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Azərbaycana elektrikli avtobuslar gətiriləcək - RƏSMİ
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bakıda marşrut avtobusu yandı - RƏSMİ AÇIQLAMA
Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı Kürdəmirdə qısa müddət yolda qalıb - AÇIQLAMA
Bu marşrutların hərəkət xətti dəyişdirildi
Bu marşrutların fəaliyyətində problem yarandı
BNA-dan qalmaqallı video ilə bağlı AÇIQLAMA- VİDEO
Bu marşrutlarda gedişhaqqı artırılıb? - BNA-dan AÇIQLAMA
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 