Azərbaycanda torpaqdan təyinatdan kənar istifadə hallarında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr yenidən nəzərdən keçiriləcək.
ONN media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Nəbiyev Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, cərimələrin məbləği daha ədalətli və təsirli olması üçün yenidən nəzərdən keçiriləcək:
“Əsas məqsəd torpaqdan düzgün istifadənin təmin edilməsi və torpaq sərvətinin qorunmasıdır. Bu dəyişikliklər torpaq sahələrinin qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqtisadi səmərəliliyin artırılması üçün vacib hesab edilir. Dövlət orqanları və aidiyyəti qurumlar islahatları şəffaf və səmərəli şəkildə həyata keçirmək üçün yeni prosedurlar tətbiq edəcəklər”
Dövlət Xidmətinin rəsmisi bildirib ki, cərimələr İnzibati Xətalar Məcəlləsində torpaqların təyinatdan kənar istifadəsi, mülkiyyət hüquqlarının pozulması və qanunsuz istifadəsi ilə bağlı müxtəlif bəndlərdə nəzərdə tutulur:
"Mövcud protokollara əsasən tətbiq edilən cərimələr kifayət qədər azdır. Təsəvvür edin ki, bir şəxs kənd təsərrüfatı torpağını qanunsuz istifadə edərək əkin sahəsi yaradırsa, 600-700 manat cərimə ödəməklə məsuliyyətdən yayına bilir. Bu isə çox aşağı məbləğdir. Yaxın ölkələrdə torpaq milli sərvət hesab olunur və ciddi qorunur. Azərbaycan üçün də torpaq həm iqtisadi, həm də strateji sərvət sayılır”.
O əlavə edib ki, Azərbaycanda bir şəxsə orta hesabla 16-18 sot əkin torpağı, kənd təsərrüfatı sahələrində isə 35-40 sot torpaq sahəsi düşür:
“Bu, ölkə üçün ərzaq təhlükəsizliyi baxımından vacibdir. Ona görə də torpaqdan təyinatı üzrə istifadəyə nəzarətin gücləndirilməsi əsas prioritetlərdən biridir"



Baş nazir yeni qərar imzaladı
Azərbaycanda bu rüsumlar ləğv olundu - QANUN
Əli Əsədov qərar imzaladı
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
Qanunsuz tikililərlə bağlı YENİLİK
Azərbaycanda dəfn QAYDALARI DƏYİŞDİ - Prezident QANUNU TƏSDİQLƏDİ
DTX Beyləqandakı əməliyyatla bağlı rəsmi məlumat yaydı
DİQQƏT- Bu yol üçün cərimə tətbiq ediləcək
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycanda BU CƏRİMƏLƏR artırılır
Sabahdan qazın istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq
Parklanma qaydası dəyişdi: Bu şəxslər cərimələnəcək
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 