ONN media xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın kadastrı və torpaq idarəçiliyi sahəsində məlumatların idarə olunmasının daha da təkmilləşdirilməsi üçün Avropa təcrübəsindən yararlanır. Bu məqsədlə Avropa İttifaqının Ekspert Missiyası TAIEX proqramı çərçivəsində komitə nümayəndələri üçün seminar keçirib.
Komitədən verilən məlumata görə, seminar 2 günlük olmaqla martın 5-dək davam edəcək. Komitənin təqdim etdiyi 5 layihə Avropa İttifaqı tərəfindən qəbul edilib və bu istiqamətlər üzrə ekspert missiyası seminar keçirir. "Daşınmaz əmlak kadastrı məlumatlarının idarə olunması" mövzusunda keçirilən tədbirin məqsədi kadastr və torpaq inzibatçılığı sahəsində tətbiq edilən müasir elementlər, mexanizmlər, çağdaş dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumatlanmaq, mövzu ətrafında müzakirələrin aparılmasıdır. Həmçinin bu sahələrin idarəedilməsində effektivliyin təmin olunması ilə bağlı qarşılıqlı əməkdaşlıq, birgə təcrübə mübadiləsinin aparılması, əhəmiyyətli layihələrin həyata keçirilməsidir. Tədbirin əhəmiyyətinə toxunan avropalı ekspertlər qarşılıqlı əməkdaşlığın kadastr uçotu işlərində operativliyin artmasına, torpaq istifadəçiliyində nəzarət tədbirlərinin daha intensiv metodlarla, avtomatlaşdırılmış mexanizmlərlə aparılmasına imkan verəcəyini bildiriblər.
Daha sonra torpaq idarəçiliyi və kadastr sahəsində tətbiq edilən müasir üsullar, reallaşdırılan yeni layihələr barədə təqdimatlar olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələri əcnəbi ekspertlərin marağına səbəb olub. Hazırda torpaqların kadastr uçotu işləri yekunlaşmış 30 rayonun 24-də layihənin nəticələri praktiki istifadə üçün aidiyyəti orqanların istifadəsinə verilib, bununla bağlı təqdimatlar keçirilib.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların səmərəli istifadəsinə də nəzarət beynəlxalq prinsiplərə uyğun olaraq effektiv aparılır. Belə ki, dövlət nəzarətinin həyata keçirilməsində çevikliyi artıran, qanunsuz tikililərin qarşısını alan Peyk Nəzarət Sistemi tətbiq ediləcək. Bununla yanaşı komitənin müfəttişləri yerlərdə monitorinqlər həyata keçirirlər. Ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1300-ə yaxın hal üzrə inzibati protokol tərtib olunub. Olaylar



Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
Azərbaycanda bu xidmətlər ucuzlaşdı
Azərbaycanda bu rüsumlar ləğv olundu - QANUN
Sənədsiz evlərlə bağlı YENİLİK
Ceyranbatan sakinlərinin DİQQƏTİNƏ
DTX Beyləqandakı əməliyyatla bağlı rəsmi məlumat yaydı
Artıq dövlət rüsumunu ən rahat yolla öyrənmək mümkün olacaq
Dövlət torpaq kadastrı məlumatları notariuslara bir gün ərzində təqdim ediləcək
Azərbaycanda 24 vakant vəzifə üçün müsahibə elan edilib
"Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTOLAR
Energetika Nazirliyində bu məqsədlə seminar keçirilib
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alır - RƏQƏMLƏR
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 