ONN media xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində "Region gənclərinin şəxsi inkişaf və məşğulluq probleminin həllinə dəstək” layihəsi ilə qalib olan "Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi, 15 dekabr 2024-cü il tarixində Lənkəran Gənclər Evində 3 seminar həyata keçirib.
Tədbiri təşkilatın sədri Orxan Əlixanlı giriş nitqi ilə açaraq, göstərilən dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, iştiraka görə gənclərə təşəkkürünü bildirdi və layihənin məqsədi barədə məlumat verdi. Layihənin məqsədi, region gənclərinin fərdi bilik və bacarıqlarının artırılmasına, şəxsi inkişaf, karyera quruculuğunda praktik təcrübələrin artırılmasına dəstək olmaqdan ibarətdir.
Həyata keçirilən 3 tədbir zamanı layihənin eksperti tərəfindən gənclərə şəxsi inkişafın praktiki metodları, iş axtarışı, məşğulluq, fərdi işin başlanması, müvafiq sahənin inkişafı ilə bağlı dövlət proqramları və onlardan istifadə və ya iştirak etmək qaydaları istər nəzəri, istərsə də praktiki qaydada öyrədildi. Layihə çərçivəsində çap olunmuş kitabçada karyera planlaması, mərhələləri, işaxtarma üsulları, CV yazılma qaydası, növləri, müsahibə mərhələsinə hazırlıq və s. məlumatlar öz əksini tapmışdır. Qeyd olunan bölmələr üzrə praktiki məşğələlər və komanda işinin qurulması həyata keçirildi. Gənclər bu sahədə üzləşdikləri problemlərdən danışaraq həm qazandıqları təcrübələrdən, həm də ekspert tərəfindən qeyd olunan problemlər ilə bağlı həll yolları barəsində məlumatlandırıldılar.
Sonda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov, nazirliyin son illərdə gənclər sahəsində gördüyü işlərdən və gələcək planlardan gəncləri məlumatlandırdı və iştiraka görə təşəkkürünü bildirdi. Layihə iştirakçılarına sonda sertifikatlar təqdim edilərək xatirə şəkli çəkdirildi






"Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTOLAR
"Gənc Politoloqlar Mərkəzi"-nin növbəti layihəsi
YAP və AK Partiya gənclər təşkilatları arasında görüş keçirildi
Şuşa 2024-cü il üzrə Gənclər Paytaxtı seçildi
“Qüds-İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının açılışı olub
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
“Qərbi Azərbaycan toponimləri – sadə həqiqətlər” adlı jurnalın təqdimat mərasimi keçirilib
"Müharibə və insanlıq əleyhinə törədilən cinayətlər. İkili standartlar və reallıq" adlı jurnalın təqdimat mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi
Azərbaycanda Gənclər Günü qeyd olunur
İlham Əliyev bu şura ilə bağlı sərəncam imzaladı
Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir
Temperatur 38 dərəcəyə yüksələcək
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu
İran sərhədçiləri minaya düşdü: ölən var
Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir
DÇ-2026: ikinci tura start verilir
Neft Emalı Zavodunda yanğın başladı
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar
Azərbaycan buna görə birinci yerdədir
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək 