Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsini uğurla davam etdirir.
Layihə çərçivəsində 29, 31 iyul və 2 avqust 2024-cü il tarixlərində Binəqədi Gənclər Evində 3 təlim keçirilib.
Tədbiri giriş nitqi ilə açan təşkilatın sədri Orxan Əlixanlı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinə təşəkkürünü bildirib. O, layihənin məqsəd və nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. Əlixanlı, son illərdə Avropa mediasında, xüsusilə 44 günlük müharibədən qalib ayrıldıqdan sonra, Azərbaycan əleyhinə feyk informasiyaların yayılmasının artması və bu yalan məlumatlarla Ermənistanın yazıq və məzlum kimi göstərilməsi məsələsinə toxunub. O, bu istiqamətdə görülən işlərdən də danışıb. Daha sonra, layihə çərçivəsində keçiriləcək seminarda iştirak edən ekspert kollektivə təqdim edilib.
Hər üç tədbirdə təlimçi kimi media eksperti və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə çıxış edib.
Təlimin birinci günündə, təlimçi “Mediada informasiya işinin təşkili” mövzusunda çıxış edərək, tədbir iştirakçılarına media işinin qurulması qaydaları, müvafiq qanunvericilik və ilkin media anlayışlarını izah edib. O, bu istiqamətdə fəaliyyət göstərən media subyektləri və Azərbaycan dövlətinin onlara göstərdiyi xüsusi qayğı barədə də məlumat verib.
Tədbirin ikinci günündə “Fake news: Avropa mediasında Azərbaycan əleyhinə feyk məlumatlar. Onlara qarşı mübarizə üsulları” adlı seminar keçirilib. Seminar zamanı, ölkəmizə qarşı xarici dairələr tərəfindən aparılan hibrid müharibə fonunda yayılmış feyk məlumatlar tədbir iştirakçılarına təqdim edilib. Həmin məlumatlara qarşı hansı addımların atıldığı, bu yolda görülə biləcək tədbirlərin mexanizmi və bir vətəndaş olaraq üzərimizə düşən öhdəliklər də izah olunub.
Sonuncu tədbirdə isə bu günün aktual mövzularından biri olan “Sosial şəbəkə və İnformasiya Təhlükəsizliyi” mövzusunda üçüncü seminar keçirilib. Tədbir iştirakçılarına bu sahədə maraqlı məlumatlar təqdim edilib. Həmçinin, ekspert tərəfindən layihə iştirakçılarına əvvəlcədən verilmiş situasiya tipli tapşırıqların icrası həyata keçirilib. Ümumilikdə, hər üç seminarda layihə iştirakçıları fəallıq göstərib və seminarlar diskussiya şəklində keçirilib. Sonda xatirə şəkli çəkilib və layihə çərçivəsində iştirakçılar QHT.az media subyektinə ekskursiyaya dəvət edilib.



"Müharibə və insanlıq əleyhinə törədilən cinayətlər. İkili standartlar və reallıq" adlı jurnalın təqdimat mərasimi keçirilib
“Qərbi Azərbaycan toponimləri – sadə həqiqətlər” adlı jurnalın təqdimat mərasimi keçirilib
“Tarixi Zəfər mövzusunda intellektual yarışın təşkili” adlı layihəsi Bərdə, Ağdam və Tərtər rayonlarında icraedilib
İlham Əliyev sərəncam imzaladı
"Analar baş tacımız" adlı tədbir keçiriləcək
Azay Quliyev koronavirusla bağlı QHT-lərə çağırış etdi
Gənc Qan Donorlarının III Ümumrespublika Forumu keçirildi
“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını Kürdəmir rayonunda icra edib
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu çap olunacaq
"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə üzrə ilk tədbir həyata keçirilib
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər necə yayılsın?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 