Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) gənclər təşkilatının sədri Eyüp Kadir İnan və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov arasında YAP qərargahında görüş keçirilib.
Görüş zamanı gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. E.K.İnan bu səfərin çox faydalı keçdiyini diqqətə çatdıraraq YAP Gənclər Birliyinin sədri və üzvlərini Türkiyəyə səfərə dəvət edib.
B.İslamov isə bildirib ki, iki partiyanın gənclər təşkilatlarının münasibətlərinin inkişaf etməsi önəmlidir. Azərbaycan və Türkiyədə gənclər arasında əlaqələri gücləndirdikdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan və Türkiyə gənclərinin şəbəkələşməsini təmin edə bilərik:
"Əsas məqsəd Türkiyə və Azərbaycan gəncliyini vahid amal ətrafında birləşdirməkdir ki, bu dostluq, qardaşlıq gələcək nəsillərə bir miras kimi qalsın”.
Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.



YAP və AKP əməkdaşlığa dair niyyət protokolu imzaladı
İlham Əliyev bu şura ilə bağlı sərəncam imzaladı
YAP Gənclər Birliyinin yeni sədri kimdir? – DOSYE
Həştərxanda gənclər ulu öndərin abidəsini ziyarət etdilər
“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü
Anar Kərimov Gürcüstana səfər edəcək
Şuşa 2024-cü il üzrə Gənclər Paytaxtı seçildi
Birinci vitse-prezidentin köməkçisindən gənclərə çağırış- "NÖVBƏTİ İL MARAQLI OLACAQ"
Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Şuşadadır
Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir
Əli Əsədov Fuad Oqtayla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 