Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç nəfərin vətəndaşlığı isə dəqiqləşdirilir.
ONN media Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qaynar xətt telefonlarına 571 müraciət daxil olub.
Hadisə yerinə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, fövqəladə hallar naziri general-mayor Çingis Arinov, nəqliyyat naziri Marat Karabayev, fövqəladə hallar üzrə nazir müavini Kegen Tursınbayev və Hökumət Komissiyasının üzvləri gəliblər.
Tupkaraqan rayonu hakimiyyətinin sərəncamı ilə yerli miqyasda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Fəsadların aradan qaldırılmasına 482 nəfər, 97 texnika, 2 hava gəmisi və 10 kinoloq briqadası cəlb olunub.
Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında videoəlaqə vasitəsilə koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.
Qeyd edək ki, daha öncə yayılan məlumatda sağ qalanlardan 14-nün Azərbaycan vətəndaşı olduğu bildirilib.



FHN dəhşətli təyyarə qəzası ilə bağlı məlumat yaydı
Rusiyada ağır yol qəzası olub- YARALILAR VAR
Qazaxıstanda 104 mindən çox insanı təxliyə ediblər
Rusiyanın fövqəladə hallar naziri təlim zaman HƏLAK OLDU
Azərbaycanda dəhşətli olay - ÖLƏNLƏR VAR
Qazaxıstanda bütün ölkə üzrə fövqəladə vəziyyət elan edildi
Naxçıvana yeni nazir təyin olundu
SON DƏQİQƏ: Rusiyada təyyarə qəzası baş verdi
Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşdü
Əli Əsədov sərəncam imzaladı
İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alan olub?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 